Nida.az
Əliyev Sarkisyanı yalvarmağa məcbur etdi - MÜHARİBƏ QORXUSU
Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan
qondarma "DQR" rejimində yeni təyinat olub.
Publika.az xəbər verir ki, I Qarabağ müharibəsində
döyüşən, mülki azərbaycanlılara qarşı qəddarlığı ilə ad çıxarmış,
terrorçu general Vitali Balasanyan Təhlükəsizlik Şurasının rəhbəri
postuna gətirilib.
V.Balasanyan aprel müharibəsində də iştirak edib. Məlumatlara görə,
o, heç bir vəzifə daşımasa da, "dördgünlük müharibə" zamanı
qorxaraq qaçan Ağdərə polkunun komandirini əvəz edib. Erməni
general işğal altındakı ərazilərin qaytarılmasına qəti şəkildə
qarşı çıxır. Bu ilin iyul ayında İrəvanda baş verən qiyam zamanı
polis alayının binasını ələ keçirən keçmiş döyüşçülərdən ibarət
qiyamçılarla yaxın əlaqələrə malikdir. Hətta qiyamçılar hökumətlə
danışıqlarda məhz Balasanyanın vasitəçilik etməsini
istəyirdilər.
Balasanyanın Ermənistanın müdafiə naziri olacağı haqda da xəbərələr
yayılmışdı. Lakin son anda bu, baş tutmadı.
Məlumatlara görə, təyinat birbaşa İrəvandan edilib. Çünki
Balasaryan vaxtilə qondarma "DQR" "prezidenti" Bako Saakyanın əsas
rəqibi idi. Hətta Saakyanın ona qarşı sui-qəsd təşkil etdiyi də
deyilir. Ona qarşı uğursuz sui-qəsdlərdən sonra Balasaryanla
Ermənistanın hazırkı hakimiyyəti arasında narazılıq yaranıb. Erməni
mediası yazır ki, Sarkisyan Başlasaryana təklif etdiyi vəzifəni
qəbul etməsi üçün xahiş edib. Bundan sonra, o, qəbul edib.
"Terrorçu general"ın təyinatının arxasında dayanan səbəblər
maraqlıdır. Ehtimallara görə, Sarkisyan danışıqlar masasında
əyləşməkdən imtina edir. Ali Baş Komandan İlham Əliyevin əmri ilə
Azərbaycan Ordusunun geniş miqyaslı hərbi təlimlərə başlaması
İrəvanı ciddi qorxuya salıb. Ermənistan rəhbərliyi aprel
müharibəsinin təkrarlana biləcəyindən qorxaraq, təşvişə düşüb.
Sarkisyanın Balasanyanı "DQR"-də Təhlükəsizlik Şurasının rəhbəri
təyin etməsinin səbəbi də mümkün müharibəyə hazırlıqla bağlı ola
bilər.
Asif
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi




















.jpg)










