TEAS Press nəşriyyat evinin yeni veb-saytı istifadəyə verildi
Bizi izləyin

Nida.az

TEAS Press nəşriyyat evinin yeni veb-saytı istifadəyə verildi

Azərbaycan oxucusunu müasir dünya ədəbiyyatının ən yaxşı nümunələri ilə tanış etmək məqsədilə 2014-cü ildə fəaliyyətə başlayan TEAS Press nəşriyyat evinin bu günlərdə yeni veb-saytı istifadəyə verilib.

Nəşriyyat evindən Publika.az-a bildirilib ki, www.teaspress.az saytında nəşriyyatın bütün nəşrləri ilə tanış olmaq, o cümlədən növbəti nəşrləri ilə bağlı geniş məlumat əldə etmək mümkündür. Bundan əlavə, saytda qeydiyyatdan keçən oxucular nəşriyyatın bütün kitablarını onlayn sifariş edə biləcəklər. Sərfəli çatdırılma şərtləri təklif edən TEAS Press istifadəçilərin rahatlığı üçün hər şeyi düşünüb.

TEAS Press nəşriyyat evi həm bədii, həm də qeyri-bədii ədəbiyyat kitablarının nəşri ilə məşğuldur və bədii romanlardan detektiv əsərlərinə, biznes haqda kitablardan tarixi əsərlərə qədər bir çox janrda kitablar nəşr edir.

Nəşriyyatın ingilis, rus, türk, fransız, alman və ərəbcə olmaqla 6 xarici dildə də nəşrləri var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm