Nida.az
Rəsul Quliyev necə zavod direktoru işləməsindən danışdı
“Bu dəqiqə ölkədə Milli Şura (yəni AXCP ), Müsavat partiyaları var (azdan çoxdan təşkilatlanmış) “El” hərəkatı və ADP öz təşkilatlarını yaratmaq istəyirlər, KXC, AMİP kiçik qüvvələrdir. Bunların hamısı toplam bir yerdə olsa belə ümumi gücləri 5 min adamdan yuxarı çıxmır”.
Publika.Az xəbər verir ki, bu barədə sabiq
spiker Rəsul Quliyev müxalifətin durumu və potensialı barədə
bildirib. Onun sözlərinə görə, ölkə əhalisinin 99 faizi ya bu
təşkilatları tanımır, ya da müxalifət olduqlarını bilmirlər:
“Hökumətin total gücünü qoyaq bir tərəfə, hətta bütün müxalifət bir
yerdə olsa belə tək bir nazirin gücündən belə zəifdir. Məgər bu
belə deyilmi? Ona görə partiya və qurumların yeni mərhələyə qədəm
qoyduq, hakimiyyətin sonu çatıb kimi bəyanatları xalqa söylənilən
ağ yalandır. Ətraflarında olanları (azı 70 faizi səthi ağıla malik
olan, heç bir işi gücü olmayan) qaçıb dağılışmağa qoymamağa qulluq
edən bu şüarlar əslində bu hakimiyyətin ömrünü uzatmağa qulluq
edir. Yaxın tarixə nəzər salaq. 2003-cü ildə 70-80 min adam
mitinqlərdə iştirak edirdi və onlar kifayət qədər qətiyyətli
idilər. 2005-ci ildə 40-50 min adam dəyişikliyə inanırdı və
mitinqlərə çıxırdı. İndi prezident seçkisi ərəfəsində maksimum
5000, qiymətlərin qaldırılması ilə əlaqədar cəmi 1000 nəfər
mitinqlərə çıxdılar. Bu rəqəmlər müxalifətin total deqradasiya
etməsindən xəbər vermirmi?”.
R. Quliyev çıxış yolunu partiya liderlərinin getməsində
görür.
“Qonşularımızda heç bir proses getmədən Azərbaycanda rejim dəyişilə
bilərmi cavab bir mənalıdır, bəli. Onun üçün nə etmək lazımdır, ilk
növbədə deqradasiya olmuş müxalifətin indiki liderləri istefa verib
getməlidir. Mən öz həyatımdan misal gətirim. İşlədiyim zavodun
direktoru işdən çıxarılmasa və məni onun yerinə təyin etməsəydilər,
öz bacarığımı göstərə bilərdimmi? Əlbəttə yox. Gərək o vəzifəni
tutardım ki, ondan sonra həmin zavodu düşdüyü vəziyyətdən çıxarmaq
üçün bütün intellektual potensialımı səfərbər edim”. Daha sonra o,
parlament sədri kimi fəaliyyətini tərifləyib:”Bu, çox elementar
məsələlərdir, bunları başa düşməmək xalqın faciəsidir”.
R. Quliyev “Mən burada velosiped kəşf etmirəm. Hər şey göz
qabağındadır” deyə əlavə edib.
Asif
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var