Nida.az
Azərbaycan kamikadze tipli PUA-ların istehsalına başlayır
"Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi tapşırığına əsasən, qısa müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılmış yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatlarının (PUA) sınaqları uğurla başa çatdırılıb və sentyabrın 21-də Ali Baş Komandanın iştirakı ilə təqdimatı keçirilib".
Publika.az-ın Apa-ya məlumatına görə, bunu Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 11-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə müdafiə sənayesi naziri Yavar Camalov deyib.
Y.Camalov bildirib ki, bu məmulat “ADEX-2016” sərgisində də nümayiş etdirilib və böyük maraqla qarşılanıb: "Azərbaycan Silahlı Qüvvələrini yeni növ “Zərbə” pilotsuz uçuş aparatları ilə təmin etmək üçün yaxın vaxtlarda bu məmulatın seriyalı istehsalına başlanılacaq. Bununla bağlı Müdafiə Sənayesi Nazitliyi ilə Müdafiə Nazirliyi arasında anlaşma memorandumu da imzalanıb".
-
Nida Xəbər 16:14
Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüş keçirəcək
-
Nida Xəbər 15:32
Durov Azərbaycana nə məqsədlə gəlibmiş? - Emin Ağalarov detalları açıqladı
-
Kriminal14:58
Arvadını və körpəsini öldürən Fəridə hökm oxundu
-
Region13:16
Bayramov və Mirzoyan arasında xüsusi görüş olacaq? - Moskvada İCLAS BAŞLAYIR
-
Avropa12:38
Ukrayna müharibəsi cəmisi 15 günə başa çatacaq: Borelldən sensasion açıqlama
-
Nida Xəbər 11:36
General Bərxudarov vəzifədən azad olunmasına belə reaksiya verdi: "Bu söhbətin başını buraxın"
-
İqtisadi gündəm11:00
Neft həftəyə bu qiymətlə başladı
-
Sosial10:30
Yeni qanun: Müəllimləri təhqir edənlər 12 min manata qədər cərimələnəcək