Nida.az
Siyavuş Novruzovdan maraqlı mitinq açıqlaması: “Havalar isinib”
“Müxalifət hava şəraiti ilə əlaqədar olaraq mitinqlər keçirir. Yazda başlayıb yayın istisinə qədər mitinq keçirəcəklər, daha sonra payızda bir iki dəfə toplaşacaqlar, soyuqlar düşəndə isə evlərinə yığılacaqlar”.
Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.Az-a açıqlamasında Müsavat Partiyasının mitinq keçirmək qərarını şərh edərkən deyib.
Onun sözlərinə görə, Müsavatın da mitinqi mövsümü xarakter daşıyır: “Havalar isinib, yadlarına düşüb ki, mitinq keçirmək lazımdır. Ona görə də bu haqda düşünürlər. Amma sosial bazası olmayan, cəmiyyətin dəstəkləmədiyi heç bir təşkilat möhtəşəm mitinq keçirdə bilməz, o cümlədən Müsavat Partiyası”.
S. Novruzov mitinq qərarının NİDA-çılarla bağlı olmasına da
münasibət bildirib. Deyib ki, hər bir məsələ hüquq çərçivəsində
həll olunmalıdır, zor çərçivəsində yox. Hər şey hüququn aliliyi
çərçivəsində həll olunmalıdır. Razı deyillərsə, digər
instansiyalara müraciət edə bilərlər”-deyə YAP rəsmisi qeyd
edib.
Asif
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ