Nida.az
“Milli Şura düzələn deyil”- gedənlər qayıtmaq istəmir
Milli Şura ətrafında son proseslər gedənləri qayıtması məsələsini
gündəmə gətirib. Qurumdan əvvəllər istefa vermişlər geriyə qayıda
bilərmi? Publika.Az olaraq qurumu tərk edənlərin geri
qayıtmaq ehtimalını araşdırdıq.
Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan bildirib
ki, belə bir məsələ müzakirə mövzusu deyil: “Hələ müzakirə
edilmədiyi üçün heç nə deyə bilmərəm. ALP üçün hazırda əsas
prioritet təşkilatlanma məsələləridir. Bununla yanaşı Demokratik
Qüvvələrin Birliyi ilə hər həftə məsləhətləşmələr aparırıq. Amma
Milli Şuraya qayıtmaq kimi bir məsələ müzakirə mövzusu deyil”.
Milli Şuranın keçmiş üzvü Zəminə Dünyamalıyeva da yenidən qayıtmağı
düşünmür. Onun sözlərinə görə, Milli Şuradan qurumun aparmalı
olduğu işi bir tərəfə qoyub intriqa ilə məşğul olduqları üçün
gedib: “O gedişat cəmiyyət, xalq, Azərbaycan dövləti,
dövlətçiliyimiz üçün heç nə verə bilməyəcəyi üçün Milli Şuradan
imtina etmişəm. Nə vaxtsa Milli Şura formalaşsa, mənfi qüsurlarını
kənara qoyub dövlət üçün, millət üçün işləsə, bu başqa məsələ. Amma
bu da heç vaxt olmayacaq. Çünki Milli Şura elə vəziyyətə gəlib
çıxıb ki, ordan yaxşı heç nə gözləmək mümkün deyil”.
“Xalq arzusu” hərəkatının təsisçisi Asəf Quliyevin də Milli Şuraya
qayıtmaq kimi fikri yoxdur. O, hərəkatının gücləndirilməsi
istiqamətində çalışdığını deyib: “Milli Şura artıq keçmişdə qalıb.
Bundan sonra ora qayıtmaq kimi bir fikirdən söhbət belə gedə
bilməz”.
Asif Nərimanlı
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı