Azərbaycan Avropa problemlərinin müzakirəsində
Bizi izləyin

Nida.az

Azərbaycan Avropa problemlərinin müzakirəsində

Azərbaycan Avropa problemlərinin müzakirəsində

Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün mayın 6-dan etibarən Yunanıstanın paytaxtı Afinada səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, tədbirdə daha mükəmməl Avropa demokratiyasına doğru atılan addımlar, Avropanın üzləşdiyi problemlər, Kosovoda vəziyyət, Orta Şərq və Aralıq dənizinin cənub bölgəsində etiqad azadlığı, bu ərazidə dini icmaların durumu və təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunacaq.

Deputatımız müzakirəyə təqdim edilən məsələlərə dair öz münasibətini bildirəcək, təkliflərini verəcək.
Səfər mayın 9-da başa çatacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm