Nida.az
"Azərbaycan Avropa Şurası qarşısında öhdəliklərini reallaşdırıb"
"Qonşu Ermənistanın işğalla müşayiət olunan və davam edən təcavüzündən və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində törədilmiş etnik təmizləmədən əziyyət çəkən dövlət kimi Azərbaycanın möhkəm və qəti mövqeyi ondan ibarətdir ki, Avropa Şurasının nümayəndələrinin və onun monitorinq mexanizmlərinin münaqişə zonalarına səfərləri yalnız aidiyyəti dövlətin açıq-aydın razılığı əsasında həyata keçirilə bilər".
Publika.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyanada Avropa Şurasının Nazirlər Komitəsinin 124-cü sessiyasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, əks təqdirdə, bu səfərlər beynəlxalq hüququn
normaları ilə ziddiyyət təşkil edəcək və qeyri-leqal addım kimi
qiymətləndiriləcək.
E.Məmmədyarov, çıxışında həmçinin bildirib ki, Azərbaycan ardıcıl
olaraq çoxsaylı demokratik islahatları uğurla həyata keçirərək
Avropa Şurasına daxil olma prosesində üzərinə götürdüyü bütün
öhdəlik və tələbləri həyata keçirib: "Əminik ki, yeni qəbul olunmuş
və tezliklə, Baş katibin Bakıya səfəri zamanı başlanacaq
2014-2016-cı illər üçün Avropa Şurası-Azərbaycan Fəaliyyət Planı,
gələcək illərdə Azərbaycan ilə Avropa Şurası arasında uğurlu
əməkdaşlıq üçün digər əhəmiyyətli alət olacaq".
Nazir vurğulayıb ki, Azərbaycan növbəti 6 ay ərzində Nazirlər
Komitəsinə sədrlik etmək hüququna malik olacaq: "Sədrliyimiz
müddətində, yarandığı ildən bəri Avropa Şurası məqsədlərinin
gələcəkdə inkişaf etdirilməsində əlimizdən gələn səyləri
əsirgəməyəcəyik. Bu məqsədlə, biz təqdim edəcəyim sədrlik
prioritetlərimizi müəyyən edərkən təşkilatın hazırkı siyasi
gündəliyini və üzv dövlətlərin qarşılaşdığı təhdidləri nəzərə
almışıq".
Onun sözlərinə görə, Baş katibin "Avropada insan hüquqlarının
vəziyyəti, qanunun aliliyi və demokratiya" üzrə hesabatı hazırkı
vəziyyətin ümumi qiymətləndirilməsi və bizim dəstəklədiyimiz
yanaşmanı özündə əks etdirir və nöqsanların aradan qaldırılması
üçün mümkün vasitələri təklif edir: "Buna baxmayaraq, çox diqqətlə
nəzərdən keçirilməli hesab etdiyimiz vacib bir məsələni vurğulamağı
özümə borc bilirəm. Hesabat Avropa Şurasının həll olunmamış
münaqişə zonalarında nəzarət mexanizmlərinin, həmin ərazilərə
edilən səfərlərdən sonra hesabatvermə prosedurları vasitəsilə
gücləndirilməsinin zəruriliyini vurğulayır. Biz bütün Avropada
insan hüquqları standartlarının tam şəkildə tətbiqinin təmin
olunmasının əhəmiyyətini və münaqişə zonalarında məskunlaşmış
əhalinin müdafiəsinin zəruriliyini anlayırıq. Lakin bu müddəa
müvafiq üzv ölkələrin ərazi bütövlüyünə zidd olaraq asanlıqla
sui-istifadə və manipulyasiya edilə bilən bir vəziyyətə gətirib
çıxara bilər. Məhz bu səbəbdən biz, mürəkkəb həll prosesini daha da
çətinləşdirə biləcək bu kimi həssas məsələlərdə son dərəcə
ehtiyatlı olmalıyıq".
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?