Nida.az
Trampın İrəvanı səksəkəyə salan “Ermənistan PLANI”
“ABŞ və Avropa İttifaqı Cənubi Qafqaza Baltik və Qara dənizləri arasındakı dövlətlərlə bağlı müəyyən edilmiş siyasi-geoiqtisadi blokun tərkibində baxmağa üstünlük verir. Bu, ona gətirib çıxarır ki, Cənubi Qafqaz Şərqi Avropa ölkələri siyasətinin tərkibinə daxil olur. Və bu gün Cənubi Qafqazda ən pis siyasi vəziyyətdə olan ölkə Ermənistandır”.
Publika.az xəbər verir ki, bu barədə erməni
politoloq İqor Muradyan ABŞ-ın yeni administrasiyasının Cənubi
Qafqaz və Ermənistanla bağlı planlarını şərh edərkən deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazda Gürcüstan və Azərbaycan Avropa
İttifaqı və NATO-nun marağındadır: “Artıq bu regiona ABŞ-ın lokal
layihələri üzrə yox, qlobal planlar çərçivəsində yanaşılır.
Gürcüstanın NATO-ya daxil olması çətin görünsə də, Ukrayna ilə
bağlı veriləcək qərar bu prosesi də sürətləndirə bilər. Azərbaycan
öz balans siyasətinə üstünlük verir. Ermənistan isə Rusiyadan asılı
müstəmləkədir və beynəlxalq təcrid vəziyyətinə düşmüş vassaldır.
NATO və Qərb bizim ölkəyə nə siyasi, nə də müdafiə sahəsində dəstək
verir. Sadəcə olaraq, Qərbdən kredit yardımlarının hesabına
Ermənistan ayaq üstə dayana bilib”.
İ.Muradyan əlavə edib ki, Ermənistan “aprel müharibəsi”ndə öz
zəifliyini nümayiş etdirdi.
“Lakin müharibədə açıq məğlubiyyətdən sonra belə Ermənistanda NATO
və Avropa İttifaqına inteqrasiya haqda düşünmürlər. Artıq ABŞ-ın
yeni administrasiyasını əvvəlkilər kimi Ermənistanın Avropaya
inteqrasiya maraqlandırmır. Ermənistan bunu anlamalıdır. Çünki
gec-tez hazırkı alçaldıcı vassallıqdan çıxmaq və ciddi siyasi
oyunlarda iştirak etmək lazım olacaq”, - deyə o bildirib.
Asif
-
Magazin121:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
-
Hadisə19:30
Azərbaycanlı rəssamın qızı faciəvi şəkildə öldü
-
Nida Xəbər 19:20
Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE
-
Magazin218:50
Kianu Rivz peşəkar yarış sürücüsü oldu - FOTO
-
Nida Xəbər 18:30
Prezidentdən Namiq İslamzadə ilə bağlı SƏRƏNCAM
-
Sosial17:17
Sabahdan leysan yağacaq, çaylardan sel keçəcək
-
Nida Xəbər 16:14
Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüş keçirəcək
-
Nida Xəbər 15:32
Durov Azərbaycana nə məqsədlə gəlibmiş? - Emin Ağalarov detalları açıqladı