Nida.az
70 yaşlı Hacıbala yol üstə, bəs ünvan haradır?
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov üçün bu gün xüsusi gündür. Bu gün merimizin 70 yaşı tamam olur.
Paytaxtda doğulmayan Bakı meri və ya....
Hacıbala Abutalıbov İbrahim oğlu 1944-cü ildə mayın 13-ü Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib. 1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (Sankt-Peterburq) A. F. İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olan Hacıbala Abutalıbov 1976-cı ildə namizədlik dissertasiyası müdafiə edib, 1987-ci ildə isə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını alıb. Fizika-riyaziyyat elmləri doktoru, professordur.
Məlumata görə, Hacıbala Abutalıbov Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.
Eyni zamanda bildirilir ki, professor H. Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişib.
O, 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiri işləyib.
7 ilə yaxın müddətdə elmi sahədə çalışan Hacıbala müəllimin karyerasındakı sıçrayış, daha doğrusu dövlət qulluğunda vəzifə tutması mərhum prezident Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonraya təsadüf edir. 1995-ci ildə dövlət başçısının sərəncamı ilə Hacıbala Abutalıbov Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.
5 il Suraxanı rayonuna rəhbərlik edən Hacıbala Abutalıbov gördüyü işlərlə ölkə başçısının yüksək etimadını qazanıb. Və 1999-ci il iyulun 20-də dövlət başçısı tərəfindən Suraxanı rayonu İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında sərəncam imzalanıb.
Prezidentdəın yüksək dəstək alan Hacıbala Abutalıbov 2000-ci
ildə Baş nazirin müavini vəzifəsinə irəli çəkilib.
Bir il sonra isə o, yeni posta - Bakı şəhər İcra Hakimiyyətinin
başçısı vəzifəsinə gətirilib.
2001-ci ilin yanvar ayından Bakı şəhər İcra Hakimiyyətinə başçılıq
edən H. Abutalıbov artıq 13 ildir vəzifə kreslosunu dəyişmir.
Ailəlidir, iki oğlu var.
Bakı meri yol üstə
Mətbuatda H. Abutalıbovla bağlı xəbərlər artıq dövrülük xarakter
daşıyır.
Demək olar ki, hər kvartalda onun vəzifəsindən
uzaqlaşdırılacağı, prezidentin etimadını doğrultmadığı kimi
xəbərlər yayılır, amma hələ ki, bunların heç biri təsdiqini
tapmayıb. Bəlkə də paytaxtda kimdən meri soruşsanız hər kəs heç
olmasa “qımışacaq”. Buna səbəbsə merimizin daim maraqlı,
qeyri-standartları fikirləri ilə gündəmə gəlməsidir. Amma deyəsən
merimiz artıq vaxtını doldurub. Belə ki, dövlət qulluğu haqda
qanuna görə, bu qulluqda çalışan şəxs 65 yaşa qədər işləyə bilər.
Ondan sonra isə qocalığın dadını çıxartmalıdır. Amma Bakı meri
qanundan göstərilən müddətdən 5 il artıqdır ki, vəzifəsini icra
edir. Burda qanunsuz heç nə yoxdur, çünki sözügedən qanun bəzi
dövlət qulluqçularına bu haqqı tanıyır. Bakı meri vəzifəsi də bu
sıradandır. Amma göründüyü kimi H. Abutalıbov qanunda göstərilən
əlavə vaxtdan da istifadə edib. Bu baxımdan, onun yaxın günlərdə
göndəriləcəyi gözləniləndir. Amma hər şeyə rəğmən merimiz
yaddaşlarda hələ uzun müddət yaşayacaq.
Asif
-
İdman14:08
Ronaldonun Corcinası fanatlarını yenə ovsunladı: Çılpaq və heyranedici FOTOLARLA
-
Sosial13:23
Zakir Qaralovun qohumuna yüksək vəzifə verildi
-
Cənubi Qafqaz12:15
Bakı İrəvanda bu küçənin adının ləğvini tələb edə bilər
-
Yaxın Şərq11:51
Atan 100 min, tutan milyon dollar: İrana qarşı ən bahalı müdafiə
-
Region11:38
İran bəyan etdi: İsrail üçün bunu edəcək ölkələri düşmən sayacağıq
-
Yaxın Şərq11:12
İsrail Beyrutun mərkəzini də vurdu: ölənlər var
-
Magazin210:06
Bakıdan qayıdan Uspenskayanın oğurlanan qızı haqda YENİ DETALLAR - Videoya çəkiblər
-
Cənubi Qafqaz09:30
Paşinyan Makronun qəbuluna gedir: Ona nəyin hesabatını verəcək, hansı təlimatlar alacaq?