Nida.az
Sarkisyan və Olland İrəvanda Dağlıq Qarabağdan danışdılar
Ermənistan prezidenti Serj Sarkisyan bu ölkədə səfərdə olan Fransa prezidenti Fransua Ollandla keçirdiyi görüşdən son birgə mətbuat konfransı keçirib.
Publika.az – ın erməni mediasına istinadən verdiyi məlumata görə, S.Sarkisyan Minsk Qrupunun amerikalı həmsədr Ceyms Uorlikin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzəsini dəyərləndirib.
O, Uorlikin çıxışında yeni heç nəyin olmadığını bildirib. Ermənistan prezidentinin sözlərinə görə, bütün münaqişələrə bir müstəvidə baxmaq olmaz: “Mən dəfələrlə bildirmişəm ki, bütün münaqişələrə bir müstəvidə baxmaq olmaz. Hər münaqişənin öz genezisi, hər münaqişənin nizama salınması üçün özünün ilkin şərtləri var”.
“Xalqın iradəsi ilə Dağlıq Qarabağın son statusunun təyin edilməsi prinsip alternativlərə malik deyil”, - S.Sarkisyan ifadə edib.
Ermənistan prezidenti Azərbaycanın Uorlikin bəyanatını özünə görə izah etməyə çalışdığını, amma heç nəyin alınmayacağını deyib. O, hansısa ölkələrin ikili standartlardan çıxış etməsi barədə fikirləri qəbul etmədiyini vurğulayıb.
Fransa prezidenti ilə qeyd edib ki, Qarabağ münaqişəsinin gerçək həllini tapmaq vacibdir. F. Olland bildirib ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni etməyə hazırdır. O, atəşkəs sazişinin imzalanmasını 20-ci ildönümünün tamam olduğunu xatırladaraq bunun problemin həlli yolu olmadığını söyləyib: “Münaqişə davam edir və minlərlə insanın həyatına son qoyub. Problemin gerçək həllini tapmaq lazımdır. Fransa etimad tədbirlərinin gücləndirilməsi yollarının axtarışı üçün Ermənistan və Azərbaycan prezidentlərini qəbul etməyə hazırdır”.
Ömər Dağlı
-
Avropa10:00
Zelenskidən NATO ilə bağlı görün nə xahiş ediblər - Yüksək rütbəli rəsmilər açıqladı
-
Dünya09:30
Çimərlikdə 3 uşağı ildırım belə vurdu - ANBAAN VİDEO
-
Dünya09:12
Müharibəyə onlar gedəcəklər: Çiyinlərində avtomat olan itlər gəlir - FOTO
-
Art08:24
“Köhnə qala”nın ulduzu VƏFAT ETDİ
-
Ekologiya08:00
Mərcanlar belə çoxalırlar - Cinsi həyatın SİRRİ AÇILDI
-
ABŞ07:30
Canlı yayımda KURYOZ HADİSƏ: aparıcı milçək uddu - ANBAAN VİDEO
-
ABŞ06:16
ABŞ-da bank binasında GÜCLÜ PARTLAYIŞ: birinci mərtəbə göyə sovuruldu - VİDEO
-
Səhiyyə05:45
Yazda hansı dəri problemləri yaranır? - 3 önləyici TƏDBİR