Mərcanlar belə çoxalırlar - Cinsi həyatın SİRRİ AÇILDI
Bizi izləyin

Ekologiya

Mərcanlar belə çoxalırlar - Cinsi həyatın SİRRİ AÇILDI

Tokio Universitetinin yapon alimləri uzun illər bioloqları çaşdıran mərcan çoxalmasının sirrini açıblar.

Publika.az xəbər verir ki, araşdırma "Royal Society Open Science" (RSOS) elmi jurnalında dərc olunub.

Mərcanlar kiçik anemonların koloniyalarıdır. Yumurtaları sperma ilə mayalandıraraq digər heyvanlar kimi nəsil verirlər. Ancaq bu, nadir hallarda və gözlənilməz şəkildə baş verir, buna görə də proses zəif başa düşülür.

“Onilliklər ərzində aparılan tədqiqatlara baxmayaraq, sinxron kürü tökmənin arxasında duran ətraf mühit faktorları aydın deyil. Mərcanların yumurtlamasına dair məlumatlar çox azdır. Bu prosesi modelləşdirmək üçün onların sayı kifayət qədər deyildi. Amma biz eksperiment aparmağın yolunu tapdıq”, - deyə elmi işin müəlliflərindən biri, dosent Şiniçiro Maruyama bildirib.

Komanda, əməkdaşların 15 il ərzində Acropora mərcanlarının kürü atmasını qeydə aldığı Okinavanın cənub adasındakı Churaumi Akvariumunun məlumatlarına müraciət edib.

Elm adamları məlumatları təhlil edərək, mərcanların suyun temperaturu, yağıntı və günəş radiasiyası kimi bir çox ətraf mühit faktorlarını nəzərə alaraq çoxalmaq üçün ideal vaxtı seçə bildiklərini aşkar ediblər.

Mütəxəssislər toplanmış məlumatları modelə yükləyərək, təbiətdə mərcanların gələcək kürü tökməsini proqnozlaşdırmaq üçün proqram əldə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm