Nida.az
Soma qurbanlarının ruhuna dualar oxunacaq
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Manisa vilayətindəki kömür mədənində baş vermiş faciə ilə əlaqədar prezident Abdulla Gülə, baş nazir Rəcəb Tayyib Ərdoğana və diyanət işləri başqanı Mehmet Görməzə başsağlığı məktubu göndərib.
QMİ-nin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, A. Paşazadə dost və qardaş Türkiyə xalqının üzləşdiyi ağır faciə - Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbərinin şeyxülislamı hədsiz kədərləndirdiyi bildirib. Həmçinin, Azərbaycan və Qafqaz müsəlmanları adından hər üç şəxsə, onların simasında Türkiyə dövlətinə və bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verib: “Kədərinizə şərik oluram. Allah rəhmət eləsin! Azərbaycan dindarları türkiyəli qardaşlarımız üçün dualar edir, həlak olanların ruhlarına rəhmət, yaralılara şəfa diləyirlər. Qoy Uca Rəbbimiz bu ağır faciənin acısını yaşayanlara yardımçı olsun, öz böyük mərhəmət və şəfqəti sayəsində mərhumlara rəhmət, onların ailələrinə və yaxınlarına səbir, təmkin əta etsin. Amin!”
QMİ mətbuat xidməti məlumat verib ki, sabah- cümə günü Azərbaycanın bütün məscidlərində Cümə xütbələri Türkiyədə baş vermiş faciəni də əhatə edəcək, faciə qurbanlarının ruhuna dualar oxunacaq.
Asif
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ