Nida.az
Samir Şərifov Milli Məclisdə hesabat verdi
Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ilə bağlı cari ilin hesabatını təqdim edib.
Nazir çıxışı zamanı bildirib ki, 2013-cü ilin dövlət büdcəsi
uğurla icra olunub.
Onun sözlərinə görə, “2013-cü ildə Beynəlxalq Valyuta Fondunun
hesablamalarına əsasən dünya iqtisadiyyatı 3 faiz artıb:
“Azərbaycan Respublikasının ixrac etdiyi “Azəri Layt” xam neftinin
1 barelinin orta satış qiyməti isə 111,2 ABŞ dolları təşkil edib.
2013-cü ildə dünyanın ticarət dövriyyəsinin artım sürəti 2012-ci
ilin göstəricisi ilə eyni səviyyədə, yəni 2,7 faiz olub ki, bu da
böhrandan sonra ticarət münasibətlərinin sabitləşməsini özündə əks
etdirir. 2013-cü ildə ölkənin əsas makroiqtisadi göstəricisi olan
ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki illə müqayisədə 5,8 faiz
real artaraq 57,7 mlrd. manata çatıb. ÜDM-in 32,6 mlrd. Manatı
qeyri-neft sektorunda, 25,1 mlrd. manatı isə neft sektorunda
formalaşıb”.
Nazir həmçinin vurğulayıb ki, 2013-cü ildə iqtisadiyyatın
qeyri-neft sektorunda inkişaf daha da yüksək sürətə malik olmaqla,
bu sektorda əlavə dəyərin 10,0 faizlik artımı təmin edilib, onun
ÜDM-də xüsusi çəkisi əvvəlki ilə nisbətən 3,1 faiz artaraq 56,6
faizədək yüksəlib.
Nazir qeyd edib ki, müvafiq olaraq ÜDM-in 43,4 faizi neft-qaz
istehsalı və emalı sahələrinin payına düşməklə, əvvəlki ilə
nisbətən real artım sürəti 1,0 faiz çox olub”. 2013-cü il ərzində
sənaye sahəsində 26,7 mlrd. manat, yaxud ÜDM-in 46,3 faizi
həcmində, tikinti sahəsində 6,8 mlrd. manat (müvafiq olaraq 11,8
faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində
3,1 mlrd. manat (müvafiq olaraq 5,3 faiz), nəqliyyat və anbar
təsərrüfatında 2,8 mlrd. manat (müvafiq olaraq 4,8 faiz),
informasiya və rabitə xidmətləri sahəsində 1 mlrd. manat (müvafiq
olaraq 1,8 faiz), ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə
xidmətlər sahəsində 4,1 mlrd. manat (müvafiq olaraq 7,1 faiz),
turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində
1,1 mlrd. manat (müvafiq olaraq 1,8 faiz), sosial və digər
xidmətlər sahəsində isə 8,5 mlrd. manat (müvafiq olaraq 14,7 faiz)
həcmində əlavə dəyər yaranıb. Məhsula və idxala görə xalis vergilər
ÜDM-in 6,4 faizinə bərabər olub. ÜDM-in əhalinin hər nəfərinə düşən
həcmi 2012-ci illə müqayisədə 4,4 faiz artaraq 6207,3 manat və
yaxud 7912,5 ABŞ dolları təşkil edib. Hesabat ili ərzində ölkənin
valyuta ehtiyatları 9 faiz artaraq 50 mlrd. ABŞ dollarını ötüb ki,
bu da dövlətin xarici borcundan təqribən 9 dəfə çoxdur. 2013-cü
ilin yekunlarına görə ölkə əhalisinin gəlirləri əvvəlki illə
müqayisədə 8 faiz artaraq 37,6 mlrd. manata çatıb, əhalinin hər
nəfərinə düşən gəlirlərin həcmi isə orta hesabla 4039,6 manat
olub.
Əhalinin hər nəfərinə düşən gəlirlər əvvəlki illə müqayisədə 6,6
faiz artaraq istehlak qiymətləri indeksini (inflyasiyanı) 4,2 faiz
üstələyib. Gəlirlərin 64,3 faizi son istehlaka, 8,3 faizi vergilər,
sosial sığorta və üzvlük haqlarının, 25,6 faizi isə əmanətlərin və
kapitalın artırılmasına, 1,8 faizi kreditlər üzrə faizlərin
ödənilməsinə yönəldilmişdir. Əhalinin sərəncamında qalan gəlir 34,5
mlrd. manat təşkil edərək əvvəlki ilə nisbətən 8 faiz artıb.
2013-cü ildə ölkə üzrə orta aylıq əməkhaqqı 423 manat təşkil edib
ki, bu da əvvəlki illə müqayisədə 6,2 faiz çoxdur. 2013-cü ildə
əsas kapitala yönəldilən vəsaitlər 15,1 faiz artaraq 17,9 mlrd.
manat olub, onun 66,3 faizi və yaxud 11,9 mlrd. manatı
tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
Maliyyə mənbələri üzrə əsas kapitala yönəldilən vəsaitin 44,8
faizini müəssisə və təşkilatların vəsaitləri, 43,8 faizini dövlət
büdcəsinin vəsaitləri, 4,8 faizini bank kreditləri, 3,2 faizini
büdcədənkənar dövlət fondlarının vəsaitləri, 2,6 faizini əhalinin
şəxsi vəsaiti, 0,8 faizini təşkil edib. Dövlət Gömrük Komitəsinin
məlumatlarına əsasən 2013-cü ildə ölkə üzrə xarici ticarət
əməliyyatlarının həcmi 34,7 mlrd. ABŞ dolları (2012-ci ilə nisbətən
6,3 faiz çox), o cümlədən idxal əməliyyatları 10,7 mlrd. ABŞ
dolları (2012-ci ilə nisbətən 9,1 faiz çox), ixrac əməliyyatları
isə 24 mlrd. ABŞ dolları (2012-ci ilə nisbətən 5,1 faiz çox)
səviyyəsində olub.
-
Sosial10:40
Azərbaycanlılara xaricdə ev aldıran səbəblər
-
Nəqliyyat10:00
Bakıda bir istiqamətdə hərəkət qismən məhdudlaşdırıldı
-
Elm və təhsil09:00
Bağçada işləyən müəllimlərə imtahanda hansı suallar veriləcək?
-
Magazin208:30
55 yaşlı Lopezdən nəfəskəsən FOTOSESSİYA
-
Nəqliyyat07:35
İctimai nəqliyyatdan istifadə edənlərin NƏZƏRİNƏ! - VİDEO
-
Magazin102:19
Aygün Kazımova qeyri-adi saç düzümündə - FOTOLAR
-
Elm və təhsil01:51
Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı
-
Hadisə01:10
Xəzərdə zəlzələ oldu