Nida.az
Milli Şuradan qarşılıqlı ittihamlara münasibət
Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Şurası ilk yığıncağını keçirib.Bu barədə Publika.Az –a Milli Şuranın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Demokratik Qüvvələrin Milli Şurasının
Koordinasiya Şurasının 22 yanvar 2014-cü ildə keçirilən ilk
yığıncağında obyektiv səbəbdən qatıla bilməyən bir neçə nəfər
istisna olunmaqla əksər üzvlər iştirak edib və toplantı tam işgüzar
mühitdə keçib: “Yığıncaqda qarşılıqlı ittihamların müzakirə
edilməsi ilə bağlı bəzi KİV-lərin yaydığı xəbərlər tamamilə
əsassızdır, nə də burada qurumun adının dəyişdirilməsi ilə bağlı
təklif səsləndirilməyib. Koordinasiya Şurasının yığıncağında
ölkədəki mövcud ictimai-siyasi vəziyyət dəyərləndirilib və Milli
Şuranın fəaliyyətinin gücləndirilməsi ilə bağlı məsələlər müzakirə
edilib. Ölkədə demokratik seçki mühitinin yaradılması uğrunda
mübarizə Milli Şuranın qarşıdakı dönəmdə əsas hədəflərindən biri
sayılıb”.
Milli Şura milli lider Rəsulzadənin 130 illiyi ilə bağlı 28
yanvarda konfrans keçirəcək və yanvarın 31-də saat 12-də böyük
liderin Novxanıdakı abidəsinə ziyarət törəni təşkil edəcək.
Koordinasiya Şurasında bu tədbirlər və Rəsulzadənin yubileyi ilə
bağlı başqa tələblər müzakirə edilib.
“Milli Şuranın gələcək fəaliyyətinin qurulması ilə bağlı müzakirələr aparılıb və bu məsələ növbəti yığıncaqda da davam etdiriləcək. Yaxın günlərdə Milli Şuranın komissiyaları da bu istiqamətdə müzakirələrə başlayacaq”-deyə qeyd edilib.
Qeyd edək ki, KXCP sədri Mirmahmud Mirəlioğlu iclasdan bir gün
öncə bildirmişdi ki, o qurumun adının dəyişdirilməsi ilə bağlı
təklif irəli sürəcək.
Asif
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ