Nida.az
YAP bu şəxslərin partiyaya üzv olmasına qadağa qoydu
“Partiyaya üzvlüyə qəbul qaydalarını sərtləşdiririk”.
Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq üzvlüklə bağlı bir neçə detalı nəzərə alırlar: “Belə ki, hər müraciət edən şəxsi partiya sıralarına qəbul etmirik. Xüsusilə də müəyyən yaş həddində olan insanları. Çünki YAP 22 ildir fəaliyyət göstərir, 60 yaşlı insanlar var ki, üzvlük üçün bu günə qədər müraciət etməyib, bundan sonra üzv olmaq istəyir. Təbii ki, 60 yaşından sonra belə addım atan şəxs bizi maraqlandırır. “Bu günə qədər harda idin?” sualı yaranır”.
S. Novruzov əlavə edib ki, bu qaydada müəyyən istisnalar var.
“Elə şəxslər var ki, uzun müddət hüquq-mühafizə orqanlarında
çalışıb və qanun ona partiya mənsubu olmağa icazə verməyib. Lakin
elələri də var ki, ona qanun belə qadağa qoymayıb, amma 60 yaşdan
sonra gəlir ki, üzv olmaq istəyirəm. Biz hər bir insanın istənilən
partiyaya daxil olmaq, partiya mənsubluğu daşımaq hüququnu
tanıyırıq. Bu qanunla tənzimlənir. Lakin bizim partiya nizamnaməmiz
var və biz bunun tələblərindən çıxış edərək belə bir qərar
vermişik. Bunun doğru olduğunu hesab edirik”,– deyə YAP rəsmisi
vurğulayıb.
S. Novruzov qeyd edib ki, rayon-şəhər təşkilatlarına bununla bağlı
müvafiq tapşırıqlar verilib.
Asif
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Hadisə1 May 19:00
Sumqayıt qatarının şüşəsini sındıranlar müəyyən olundular