Hüquq müdafiəçilərinə irad: “Qanunları bilmirlər”
Bizi izləyin

Nida.az

Hüquq müdafiəçilərinə irad: “Qanunları bilmirlər”

Hüquq müdafiəçilərinə irad: “Qanunları bilmirlər”

“Prezidentin əfvlə bağlı sərəncamını müsbət qarşılayıram. Bir hüquq müdafiəçisi kimi cənab prezidentə təşəkkür edirəm ki, 28 May öncəsi, Azərbaycan Demokratik Cumhuriyyətinin yaranmasının ildönümü ərəfəsində 170 məhbusu deyil, minlərlə insanı, həmin məhbusların ailə üzvlərini, qohum-əqrəbalarını sevindirdi”.

Bunu AzVision.az-a açıqlamasında millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə bəzi siyasi məhbusların adlarının əfv siyahısında olmamasına da aydınlıq gətirib: “Təəssüf edirəm ki, bəzi həmkarlarım tərəfindən belə bir fikir səslənir ki, niyə siyasi məhbus siyahısında olan bəzi şəxslərin adları bura salınmadı? Əvvəla qeyd edim ki, beş nəfərin adı o mübahisəli siyahılardan salınıb. Amma biz hüquq müdafiəçisi olarkən, öhdəlik götürməmişik ki, sırf siyasi fəaliyyətlə məşğul olan şəxslərin hüquq və azadlıqları ilə məşğul olaq. Bizim üçün Azərbaycanın hər bir vətəndaşı bərabər hüquqludur və hər bir kəs bizim üçün eynidir”.

Ç.Qənizadə əfv sərəncamına qeyri-obyektiv qiymət verən hüquq müdafiəçilərini tənqid edib.

“Bəzi həmkarlarım tərəfindən bu əfv fərmanı, bu humanist addım kifayət qədər dəyərləndirilmir. Həmkarlarım ola bilər ki, qanunu və hüququ kifayət qədər bilmədikləri üçün bəzən konkret adamların azadlıqda olmasını arzulayırlar. Axı, əfv fərmanı barəsində hökmlər qanuni quvvəyə minmiş şəxslərə şamil olunur. Bu gun siyahılarda olan və müzakirə predmeti olan onlarla insan var ki, onların hələ də Appelyasiya məhkəməsi gedir və biz məhkəmənin qərarını gözəməliyik. Bəlkə bəzilərinə bəraət veriləcək, bəlkə bəziləri həbsdən azad olunub, daha yüngul cəzalarla cəzalandırılacaq. O baxımdan tələm- tələsik, qanunu bilmədən muəyyən adamların adı siyahıda deyil, deyə , bu cür akta şübhə ilə yanaşmaq doğru deyil . Bir daha cənab prezidentə təşəkkür edirəm, inanıram ki, gələcəkdə də bu cür addımlar olacaq”.

Qeyd edək ki,dünən prezident İlham Əliyev 171 nəfərin əfv olunması ilə bağlı sərəncam imzalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm