Nida.az
Leyla Əliyeva rusiyalı uşaqları sevindirdi (FOTOLAR)
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Moskva səhiyyə departamentinin Uşaqlara tibbi yardım üzrə Elmi-praktiki mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından böyük bayram tədbiri təşkil edilib.
AzərTAc məlumat verir ki, Rusiya paytaxtının bu məşhur tibb müəssisəsində müalicə olunan uşaqlara nağıl qəhrəmanlarının iştirakı ilə animasiya proqramı göstərilib. Klounlar və fokusçular bayram şənliyinin qonaqlarını əyləndirirdi. Estrada artistləri əlvan şarlardan və toplardan istifadə etməklə balacalar üçün maraqlı oyunlar, sabun qovuqcuqları şousu təşkil ediblər. S.V.Obraztsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrının aktyorları tibb mərkəzinin qış bağında improvizə edilmiş səhnədə "Sehrli çiçək" adlı musiqili tamaşa göstəriblər.
Elmi-praktiki mərkəzin direktor müavini professor Timur Şaroyev
xəstə uşaqlara göstərilən diqqət və qayğıya görə Heydər Əliyev
Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü
bildirərək qeyd edib ki, ağır xəstəliklər keçirmiş uşaqların
reabilitasiyasında hər bir təbəssüm, hər bir xoş söz
dəyərlidir.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları
tez-tez bu müalicə müəssisəsində olurlar. Klinikanın tibbi heyəti
nümayəndəliyin rəhbəri Leyla Əliyevanın buraya səfərlərini
hərarətlə xatırlayırlar. Heydər Əliyev Fondunun vitse-prezidenti
sonuncu dəfə elmi-praktiki mərkəzdə olarkən uşaqlara palliativ
tibbi yardım sahəsində əməkdaşlıq məsələsi Mərkəzin professoru
Andrey Pritıko ilə müzakirə edilib.
-
İKT04:44
Durov "Telegram"dakı növbəti yenilikləri ELAN ETDİ
-
Magazin203:23
Bir reklam postunu 1 milyona paylaşır - FOTO
-
Yaxın Şərq02:22
İsrail Livanın cənubunda əsas su təchizatını VURDU
-
Sosial01:21
Kriminal avtoriteti təhqir edən tiktokerin əyninə "gəlinlik" geyindirdilər
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Romantik sürprizlə qarşılaşa bilərsiniz
-
Sosial8 Oktyabr 23:48
Azərbaycanda yüksək vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
-
ABŞ8 Oktyabr 22:50
Polisi evə gətirən "yaxşı qız" 84 yaşlı sahibinin həyatını XİLAS ETDİ
-
Hadisə8 Oktyabr 22:12
Bakıda xəstəxana yaxınlığında baş verən yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ