Nida.az
Mirmahmud Mirəlioğlu və Sülhəddin Əkbərə vaxt qoyuldu
Demokratik Qüvvələr Birliyi (DQB) KXCP və ACP-yə (indiki Azad
Demokratçılar Partiyası-red) vaxt qoydu.
DQB-nin əsas təsisçisi olan AMİP sədri Yusif Bağırzadə Publika.Az -a açıqlamasında bildirib ki,
birlikdə təmsil olunan siyasi partiyalar qurumun seçki blokuna
çevrilməsi məsələsini gündəmə gətiriblər: “Əgər birlik seçki
blokuna çevriləcəksə, üzvlərimiz həm burda, həm də Milli Şurada
təmsil oluna bilməz. Milli Şura seçki ittifaqdır və noyabr
prezident seçkilərində namizədi ilə çıxış edib. Biz belə düşünürük
ki, hər iki qurumda təmsil olunan KXCP və ACP ya Milli Şurada
qalmalıdır, ya da DQB seçki blokuna çevriləcəyi təqdirdə öz
seçimlərini etməlidirlər. Bu seçimdə azaddırlar”.
AMİP sədri hər iki partiyaya vaxt qoyub. Bildirib ki, partiyalar
seçimlərini yaxın günlərdə etməlidirlər.
“Çünki 2014-ün sonunda bələdiyyə, 2015-in axırında isə parlament
seçkiləri keçiriləcək. Bu baxımdan onlar da öz seçimlərini
etməlidir. Biz vaxt itirə bilmərik. Milli Şura qurum kimi özünü
doğrultmadı, ordakı proseslər göz qabağındadır. İki qurum arasında
seçim yaxın müddətdə olmalıdır ki, seçki blokuna çevrilməklə bağlı
işlər başlasın. Əgər bu olmayacaqsa, AMİP 2010-cu ildə parlament
seçkilərində olduğu kimi bu dəfə də seçkiyə tək gedəcək. Xatırladım
ki, həmin seçkilərdə hakim partiyadan sonra ən çox namizədlə
qatılan biz olduq”-deyə Y. Bağırzadə bildirib.
Qeyd edək ki, DQB və Milli Şura arasında seçimlə bağlı məsələni
KXCP müzakirə edəcəyini, ACP isə bunun onlar üçün aktual olmadığını
bildirmişdi.
Asif
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO