Nida.az
Qərb Azərbaycanın daxili işinə niyə qarışır? – Şərh
ABŞ səfiri Riçard Morninqstarın Azərbaycanın daxili işlərinə qarışması kimi qiymətləndirilən fikirlərindən sonra Böyük Britaniya da analoji addımı atıb.
Belə ki, Böyük Britaniyanın Xarici İşlər və Birlik Məsələləri üzrə Ofisi Azərbaycan vətəndaşları Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədovun mühakimə olunmasını tənqid edib və məhkəmələrin azad olmadığını iddia edib. Azərbaycan XİN isə etiraz edərək, bunu ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirib.
Bu kontekstdə son vaxtlar Qərb ölkələrinin Azərbaycanın daxili
işlərinə qarışması, rəsmi Bakını sərt tənqid etməsi diqqət
çəkəndir.
Politoloq Fərhad Mehdiyev Publika.az-a açıqlamasında bunu Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetinə sədrliyə başlaması ilə əlaqələndirib: “Azərbaycan növbəti 6 ayda bu quruma sədrlik edəcək. Bu üzdən diqqətlər üzərində cəmləşib. Lakin böyük ehtimalla səbəblər, sadəcə, bu deyil. Obama da 28 May–Müstəqillik günü ilə bağlı təbrik məktubunda regionda insan haqlarının vacibliyini önə çəkmişdi”.
Politoloq hesab edir ki, Qərb indiki dönəmdə Azərbaycana qarşı daha
yumşaq siyasət yürütməlidir. Onun fikrincə, rəsmi Bakını tənqid
etməmək hazırda Qərbin xeyrinə işləyə bilər.
“Avrasiya İttifaqına üzvlük baxımından Qərb bizi sıxışdırmamalı, əksinə, daha yumşaq olmalıdır. Sıxışdırmaq Azərbaycanı Rusiyaya yaxınlaşdıracaq. Əgər bunu istəmirlərsə, o zaman Azərbaycanı tənqid etməməli, daha ehtiyatlı davranmalıdırlar”,– deyə politoloq bildirib.
Asif
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq