Nida.az
Xələf Xələfov baş müşavirlə görüşdü
Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ABŞ Dövlət Departamentinin Enerji resursları bürosunun baş müşaviri Daniel Staynı qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, qonağı salamlayan nazir müavini ümumilikdə
regionda enerji sahəsində həyata keçirilən layihələr barəsində
ətraflı məlumat verib. Azərbaycanın hər zaman regional əlaqələrin
inkişafına böyük önəm verdiyini diqqətə çatdıran X.Xələfov bu
çərçivədə aparılan çoxtərəfli və ikitərəfli dialoqların inkişaf
etdirilməsinin əhəmiyyətli olduğunu bildirib.
Nazir müavini Xəzər dənizində beynəlxalq əməkdaşlıq ruhunun
gücləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini və bu
istiqamətdə tərəfdaşların dəstəyinin zəruriliyini önə çəkib, region
və qonşu ölkələrlə qurulmuş əlaqələrin inkişaf etdirilməsi üçün
regionda təhlükəsizliyin və sabitliyin qorunmasının əhəmiyyətini
diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu
fəsadlar, münaqişənin həllinə dair Azərbaycanın ədalətli mövqeyi
barəsində qonağı məlumatlandıran X.Xələfov Ermənistanın
qeyri-konstruktiv mövqeyinin problemin həll olunmasına imkan
vermədiyini vurğulayaraq, beynəlxalq birliyin bu məsələdə ardıcıl
və prinsipial mövqe nümayiş etdirməsinin zəruriliyini qeyd
edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr
aparılıb.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ