Nida.az
İ. Ağazadə müavinini Rusiya vətəndaşı olduğuna görə çıxarıb – İddia
Ümid Partiyasının sədri İqbal Ağazadənin müavini Könül Quliyeva Rusiya vətəndaşı imiş.
Publika.az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, K. Quliyeva 2004-cü ildə rus vətəndaşı olan azərbaycanlı ilə ailə quraraq Rusiyaya köçüb və rus vətəndaşlığını qəbul edib. Daha sonra geri qayıdan K. Quliyevanın Azərbaycan vətəndaşı almaq cəhdləri baş tutmayıb. Lakin başqa ölkənin vətəndaşı olan şəxsin partiya mənsubiyyətinə məxsus olmasını qanun qadağan etsə də, “Ümid”də müavin postuna qədər gedib çıxa bilib.
Mənbənin bununla bağlı iki versiyası var: birincisi, K. Quliyeva İqbal Ağazadədən Rusiya vətəndaşı olmasını gizlədib, ikincisisi, partiya sədri bunu bilsə də, hansısa maraqlara görə göz yumub. Bunların hansının doğru olduğu dəqiq bilinmir.
Məlumata görə, “Ümid”də Ailə Qadın və Uşaq məsələləri üzrə müavin olan K. Quliyevanın bu postdan uzaqlaşdırılmasının səbəbləri sırasında Rusiya vətəndaşlığının olması da əsas yer tutur. Belə ki, İ. Ağazadə son dövrlər daha çox qərbyönümlü siyasi xətti dəstəkləyir. Hətta onun bir sıra Qərb institutları ilə da təmaslara keçdiyi deyilir. Rusiya vətəndaşı olan şəxsin müavini olması isə bu yolda ona əngəl ola bilərdi. Bu baxımdan, K. Quliyeva postdan uzaqlaşdırıldı. Məlumata görə, sədrlə müavin arasında bu səbəbdən kiçik insident də yaşanıb.
K. Quliyevə isə Publika.az-a açıqlamasında bu
məlumatı təkzib edir. O həmçinin Azərbaycan vətəndaşı olduğunu
bildirir: “Düzdür, mən 2004-cü ildə Rusiya vətəndaşı olan
azərbaycanlı ilə ailə qurmuşam. Həyat yoldaşım indi də Rusiya
vətəndaşıdır. Ailə qurandan sonra Rusiyada bir neçə il yaşadım və
geri qayıtdım. Amma Azərbaycan vətəndaşlığından
çıxmamışam”.
K. Quliyeva övladlarının da Rusiya vətəndaşı olduğunu
bildirib.
Asif
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı