Nida.az
Türkiyəli ekspertdən Bakıya mesaj: “Türkmən qazını xilas et”– Özəl
London Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun üzvü, Türkiyə XİN İcra Aparatının keçmiş rəhbəri Onur Öymən Publika.az-a müsahibəsində “Türk İttifaqı”nın perspektivlərini şərh edir.
– Onur bəy, Türkiyədə türkdilli ölkələrin dövlət başçıları toplandı. Bu günlərdə Rusiya tərəfindən Avrasiya İttifaqının yaradılması fonunda bu toplantını necə qiymətləndirirsiniz?
– Bu cür toplantılar zaman-zaman olub və bundan sonra da olması
planlaşdırılır. Lakin əsas məsələ bu toplantılardan hansı nəticənin
çıxmasıdır. Yəni hazırkı situasiyada təkcə toplanmaqla iş bitmir.
Türkdilli ölkələr arasında sosial, siyasi, iqtisadi və digər
sahələr üzrə güclü birliyə ehtiyac var. Bu baxımdan, hesab edirəm
ki, hər bir ölkə bu toplantılardan özü üçün nəticə
çıxarmalıdır.
Hazırkı proseslərin fonunda yaxın perspektivdə ümumi birliyin
yaranacağını demək çətindir. Bu, bir sıra dairələrə mesaj ola
bilər. Amma hələ ki, mesaj olaraq qalır.
- Türkmənistanın uzun zamandan sonra bu zirvə görüşünə
qatılması diqqət çəkirdi. Belə ehtimallar var ki, türkmən qazı
Xəzər dənizindən keçərək Azərbaycana, oradan da Türkiyə vasitəsilə
Avropaya çıxarıla bilər. Türkmənbaşının zirvə görüşündə olması
bunun ola biləcəyi ehtimalını daha da gücləndirir.
- Türkmənistan Orta Asiyada önəmli türk dövlətidir. İstər strateji,
istər enerji resursları baxımından Aşqabadın əhəmiyyəti böyükdür.
Vaxtilə türkmən qazının Əfqanıstan üzərindən çıxarılması üçün boru
xəttinin çəkilməsi layihəsi var idi və bu layihəni Amerika da
dəstəkləyirdi. Lakin Əfqanıstandan məlum hadisələr yaşandı,
müharibələr bu ölkəni dağıtdı, nəticə etibarilə bu layihə
reallaşmadı. Yəni demək istədiyim budur ki, türkmən qazının
Avropaya çıxarılması planları öncədən var idi.
Hesab edirəm ki, mövcud vəziyyətdə türkmən qazının Avropaya
çıxarılması üçün ən sərfəli marşrut Azərbaycan və Türkiyədən keçir.
Bu iqtisadi və siyasi baxımından da daha sərfəlidir. Çünki Aşqabad
enerjisini Avropaya çıxarmasa onun üçün bazar getdikcə daralacaq.
Düşünürəm ki, türkmən qazı Azərbaycan vasitəsilə xilas edilməli,
Bakı bu istiqamətdə addımlar atmağa başlamalıdır.
- Bu həm də türk birliyinin güclənməsi istiqamətində addım
ola bilər?
- Təbii ki, bu münasibətləri, bağlantıları gücləndirəcək. Lakin
bizim birlikdən danışmağımız üçün birliyin təməlləri
atılmalıdır.
- Özbəkistanın bu zirvə görüşlərindən yan qaçması diqqət
çəkir.
- Özbəkistanın xüsusi bir durumu var. Onlar məsələlərə fərqli
yanaşırlar. Lakin əsas etibarilə o da türk dövlətidir. Türkiyə
onlarla milli dostluq anlaşması da imzalanmışdı. Yəni Özbəkistanın
yaxınlaşması üçün yetərli qədər addımlar atılır, amma bəzi
proseslərdə onlar məsafəni saxlamağa çalışırlar. Burda Rusiya amili
da unudulmamalıdır. Hesab edirəm ki, bu problem də aradan qalxacaq
və biz Özbəkistanı da öz aramızda görəcəyik.
Asif Nərimanlı
-
Ekologiya21:48
Dəmlənmiş çay yarpaqlarının elə bir faydası üzə çıxdı ki...
-
Magazin121:36
Xalq artistii: “Maaşımızın yarısı gedir” - VİDEO
-
Sosial21:24
Qaraçuxur sakininin başına gələn tragikomik hadisənin DETALLARI - VİDEO
-
Nida Xəbər 21:12
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi