Nida.az
Zəfər Quliyev AXCP və Müsavatı tənqid etdi
“El” hərəkatının sədr müavini, Milli Şuradan istefa vermiş, politoloq Zəfər Quliyev AXCP və Müsavatın moratorium qərarlarını tənqid edib. Publika.Az xəbər verir ki, Z. Quliyev “Facebook” səhifəsində bildirib ki, moratoriumun arxasında qəribə oyun görünür: “Əvvəlcə Müsavat Partiyası birtərəfli qaydada moratorium qəbul edir və bildirir ki, iftiralara və opponentlərinin təhqirlərinə cavab verməyəcək. Sonra AXCP belə hərəkətlərlə bağlı moratorium qərarını qəbul edir. Moratorium anlayışı hər-hansı təsirlərə- misal üçün, ölüm cəzası və ya nüvə sınaqlarına moratorium qoyulması və s.- müvəqqəti möhlət verməklə özünü saxlamaqdır. Bu imtina deyil, müvəqqəti özünü saxlamadır. Nə alınır? Partiyalar yalnız bir müddət qarşılıqlı təhqir siyasətindən əl çəkir və bir-birinə qarşı axıtdığı palçıqdan imtina edir, amma moratoriumun ləğvi ilə bu yenidən davam edəcək?!”.
Z. Quliyev qeyd edib ki, faktiki olaraq təhqir təcrübəsindən
prinsipial imtina əvəzinə, moratorium fikirləşdirlər.
Qeyd edək ki, Müsavat Partiyası Milli Şuradan ayrıldıqdan sonra
onlara qarşı xüsusilə AXCP tərəfindən ittihamlar səsələndirilməyə
başlandı. Lakin Müsavat moratorium qərarı ilə cavab haqqından
imtina etdi. Ardınca AXCP də bu yolu tutdu. AXCP sədrinin müavini
Fuad Qəhrəmanlı bildirdi
ki, artıq bir mərhələ başa çatdı, iqtidarın Müsavat Partiyasını
Milli Şuradan ayırmaqla MŞ-nı iflasa uğratmaq cəhdi alınmadı: “Bu
prosesi Rüstəm İbrahimbəyov, Cəmil Həsənli başda olmaqla, ölkənin
tanınmış ziyalıları, MŞ üzvləri və AXCP qınadı. Demək olar ki,
demokratik düşərgə bu məsələdə siyasi yetkinlik və təqdir olunası
birlik nümayiş etdirdi. Artıq bu məsələyə diqqət ayırmağa gərək
yoxdur, cəmiyyət hər şeyi bildi”.
Lakin hazırda hər iki tərəf mütəmadi olaraq “moratorium qərarına
yenidən baxarıq” deyə bir-birinə xəbərdarlıqlar da edir.
Asif
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu