Nida.az
YAP AŞPA-da baş verənləri erməni fitnəsi adlandırdı - Sərt etiraz
“Cənab prezidentin AŞPA-da çıxışı zaman
təxribata əl atanların davranışı fitnəkarlıqdır. Belə adamların
milli hissi, milli marağı yoxdur”.
Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Publika.az-a açıqlamasında Prezident İlham Əliyevin AŞPA-da çıxışı zamanı Avropada yaşayan bir qrup azərbaycanlının xüsusi köynəklər geyinərək etiraz etməsinə münasibət bildirərkən deyib. YAP rəsmisi hesab edir ki, onlar Azərbaycanın maraqlarını həmişə ayaqlar altına atmağa hazır olan adamlardır: “Onlar ayrı-ayrı qrupların, dairələrin sifarişlərini yerinə yetirirlər. Dərinə gedəndə görürük ki, bu adamların ipinin bir ucu da erməni lobbisinin əlindədir. Ona görə mən bu cür hərəkətləri qətiyyətlə pisləyirəm”.
M. Qurbanlı qeyd edib ki, dövlət başçısı çıxışı zamanı Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemini, eləcə də ölkəmizin dünyadakı mövqeyini göstərir.
“Belə olan halda milli hissi olan adam dövlətinin başçısına,
yaxud öz dövlətinə qarşı belə hərəkət edərmi? Ölkə daxilində
müxtəlif siyasi fikirlilik ola bilər. Lakin bunu özümüz öz
daxilimizdə həll etməliyik. Gedib düşmən Ermənistanın
nümayəndələrinin iştirak etdiyi beynəlxalq təşkilatda öz ölkənin
əleyhinə bu cür hərəkətlər etmək “mən erməninin yanındayam”, “mən
erməniyə xidmət edirəm” deməkdir. Onlar bununla da antimilli ünsür
olduqlarını nümayiş etdirdilər. Bu cür fitnəkarlığı, təxribatları
radikal müxalifət və onların ətrafındakılardan görmüşük. Azərbaycan
xalqı isə bu cür hərəkətləri qətiyyətlə pisləyir, belə adamları
rədd edir və həmişə rədd edəcək”,– deyə M. Qurbanlı bildirib.
Asif
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı