Nida.az
“Prezident Azərbaycana qarşı bütün təxribatları alt-üst etdi”
“Prezident İlham Əliyevin AŞPA-da çıxışı Azərbaycanın bir ölkə kimi beynəlxalq aləmdəki nüfuzunu, Avropa məkanında malik olduğu çəkini bir daha nümayiş etdirdi”.
Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Fəzail Ağamalı Publika.az-a açıqlamasında Prezident İlham Əliyevin iyunun 24-də AŞPA-dakı çıxışına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, dövlət başçısı çıxışında bir sıra mühüm məsələlərə toxundu: “Cənab prezident Azərbaycan-AŞPA münasibətləri üzərində xüsusi olaraq dayandı. Bundan başqa, Azərbaycanda söz, mətbuat, ifadə və sərbəst toplaşmaq azadlığınını olduğunu konkret arqumentlərlə dilə gətirdi. Eyni zamanda, Ermənistanın təcavüzkar siyasətini davam etdirdiyini, bu günə qədər ATƏT-in Minsk qrupunun heç nə edə bilmədiyini kifayət qədər sərt dildə ifadə etdi. Qeyd etdi ki, AŞPA münaqişə ilə bağlı müşahidə missiyasını davam etdirməli və bununla bağlı alt-komitə bərpa olunmalıdır”.
F. Ağamalı qeyd edib ki, dövlət başçısı ona ünvanlanan sualları da peşəkarcasına cavablandırdı.
“Xüsusilə Azərbaycanda siyasi məhbus olması haqda əvvəlcədən
hazırlanan provakasion suallara təmkinlə cavab verdi və Azərbaycana
qarşı bütün təxribatları alt-üst etdi. Bununla göstərdi ki, bu cür
fikirlər Azərbaycanı sevməyən müxtəlif dairələrin mətbəxində
hazırlanıb və ölkədə vəziyyət iddia edildiyi kimi deyil”,– deyə
komitə üzvü bildirib.
F. Ağamalı əlavə edib ki, Prezidentin çıxışı Azərbaycanın nəinki
regionda, eyni zamanda, Avropa məkanında da söz sahibi olan
dövlətlər sırasına çıxdığını göstərir.
Asif
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"
-
Sosial11:13
Hoteldə ölən 4 dost haqda ilginc faktlar: Prezident ev vermişdi
-
Dünya10:32
Ərdoğanın bu sözləri Yunanıstanda manşet oldu: Hər kəsin diqqəti ona yönəldi
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC