Keçmiş sevgilisi hər şeyi etiraf etdi: Tramp həbs oluna bilər
Bizi izləyin

Magazin2

Keçmiş sevgilisi hər şeyi etiraf etdi: Tramp həbs oluna bilər

ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı “susmaq pulu” iddiasında ifadə verən aktrisa Stormi Daniels ona münasibətinin olduğunu təsdiqləyib.

Publika.az xəbər verir ki, bu münasibətlə bağlı ona 130 min dollar təklif edildiyini deyən Daniels, bunun məxfilik müqaviləsi olduğunu bildirib.

Donald Trampın 2016-cı il prezident seçkiləri zamanı münasibətdə olduğu kinoaktrisa Stormi Danielsə “susmaq haqqı” ödəməkdə ittiham olunduğu məhkəmə prosesi Nyu-Yorkun Manhetten Cinayət Məhkəməsində davam etdirilib. Məhkəmədə işin mərkəzində olan Daniels təxminən 3 saat yarım ifadə verib.

Karyerasına 17 yaşında klublarda rəqs edərək başladığını deyən 45 yaşlı Daniels, Trampla ilk dəfə məşhurlar üçün təşkil edilən qolf turnirində tanış olduğunu bildirib. Trampın onu nahara dəvət etdiyini və hotel otağında şam yeməyi yediklərini bildirən aktrisa münasibətlərinin təfərrüatını danışıb. Keçmiş vəkili Maykl Koen vasitəsilə Trampın bu münasibətlə bağlı ona 130 min dollar təklif etdiyini təsdiqləyən Daniels, razılaşmanın sabiq prezidentin maraqlarına uyğun bir məxfilik müqaviləsi olduğunu bildirib.

Trampın vəkili Susan Neçeles, Danielsi müştərisi ilə bağlı əlaqə iddiaları ilə pul qazanmaqda günahlandırıb. Neçeles “Siz on ildən artıqdır ki, Trampla münasibətdə olduğunuzu iddia edərək pul qazanırsınız” dedikdə, Daniels “başıma gələnlər haqqında hekayəmi danışaraq pul qazanırdım” deyib. Neçelesin "Bu hekayə sizə çox pul qazandırdı, elə deyilmi?" Daniels, "Bu, mənə həm də çox pul xərclətdi" deyə cavab verib.

Daniels, "susma haqqı" ödənişi ilə bağlı iddiaların ictimaiyyətə əks olunduğu üçün "hər zamankındən daha çox" gündəmdə olduğunu vurğulayıb və bunun şəxsi həyatına mənfi təsir göstərdiyini bildirib.

"Trampın həbsə girməsini istəyirsən?" sualına isə “günahı sübuta yetirilərsə, bəli” cavabını verib. Trampa “nifrət etdiyini” deyən Daniels, onun əməllərinə görə cavab verməsini istədiyini vurğulayıb.

Əgər məhkəmə prosesində Trampın günahı sübut olunarsa, onu 4 ilə qədər həbs cəzası gözləyir. Belə olan halda Tramp cinayət işi üzrə mühakimə olunan ilk sabiq ABŞ prezidenti kimi tarixə düşəcək.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm