Nida.az
Qənirə Paşayeva: “Ermənistan istəyir ki, Azərbaycan vəziyyəti qəbul etsin”
“Azərbaycan Prezidenti Azərbaycanın maraqlarını, mövqeyini yüksək səviyyədə bütün Assambleya üzvlərinə çatdırdı. Cənab prezidentin çıxışında ən diqqətçəkən məqamlardan biri Azərbaycanla artıq heç kəsin təzyiq və təhdid dilində danışa bilməyəcəyi mesajının verilməsi idi. Ölkə başçısı bir daha vurğuladı ki, Azərbaycan artıq ikili standartları qəbul etməyəcək. Avropa Şurası məkanındakı standartlar vahid standartlar olmalıdır”.
Publika.Az xəbər verir ki, bu barədə deputat Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən növbədəkənar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə görəcəyi işlərlə bağlı açıqlamaları isə çox böyük diqqətlə dinlənilirdi: “Çünki prezidentin Avroa Şurasından Azərbaycanın prioritetlərini açıqlaması çox önəmli idi. Bəzi qüvvələr var idi ki, onlar Azərbaycanın Avropa Şurasına sədrliyindən narahat idilər. Amma cənab Prezident bu kimi qüvvələrin suallarını cavablandırarkən bütün məsələlərə aydınlıq gətirdi”.
Q. Paşayeva qeyd edib ki, ikili standartlarla yanaşma məsələsində ən önəmli nöqtə dövlət başçısının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıq mesajlar idi.
”Azərbaycanın bir qarış torpağının da hanısa müzakirə mövsuzu
olmayacağını, münaqişənin ancaq ərazi bütövlüyü çərçivəsində həll
olunacağını və bundan başqa bir variantın qəbul olunmayacağını
vurğuladı. Nəinki Dağlıq Qarabağın həm də bu gün Ermənistanın
paytaxtı olan İrəvanın da Azərbaycan torpağı olmasını Ermənistanın
daha yaxşı bilməsini vurğuladı. Ermənistan istəyir ki, Azərbaycan
xalqı uzun illər oturub bu vəziyyəti qəbullansın və beynəlxalq
təşkilatların gündəmində bu problem zəifləsin. Amma Azərbaycan buna
imkan verməyəcək”-deyə deputat bildirib.
Asif
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA