Nida.az
Bakı və Ankaraya çağırış: Türkmanlara sahib çıxın
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) soyqırımı təhlükəsi ilə üz-üzə qalan İraq türkmanları ilə bağlı dünya ictimaiyyətinə müraciət edib.
Partiyadan Publika.az-a daxil olan müraciətdə deyilir ki, 5 min ilə yaxın İraq ərazisində məskunlaşan İraq türkmanları eramızın XI əsrindən başlayaraq Orta Asiya, Xorasan, Azərbaycan və Türkiyə türkləri (Səlcuqlar, Atabəylər, Xarəzmşahlar, İlxanlılar, Cəlayirlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və Osmanlılar) ilə bərabər bu ərazilərdə yaşayıblar: “5 iyun 1926-cı “Ankara müqaviləsi” ilə rəsmən Türkiyədən ayrılan İraq türkmanları tarixən bugünkü Türkiyə və Suriya sərhədlərindən başlayaraq İraqın Qut vilayətinin (qədim Azərbaycan türk tayfası “Qut”ların adını daşıyır) Bədrə bölgəsinə qədər geniş bir ərazidə yaşayırlar. Bu geniş ərazi İraqın Mosul, Ərbil, Süleymaniyyə, Kərkük, Səlaəddin (Tiqrit), Diyala, Bağdad və Qut vilayətlərini əhatə edir. Türkiyə ilə əlaqələri kəsilən dövrdən kütləvi qətliamlara, deportasiya və assimilyasiyaya məruz qalan 4 milyona yaxın İraq Türkmənləri Səddam Hüseyn rejimində bölgədə yaranan xaosdan bəhrələnən kürd peşmərgə çətələri tərəfindən soyqırımına uğradılmış, xüsusilə neftlə zəngin Kərkük və Telafərdə onlara qarşı terror aktları törədilmiş, yaşadıqları ərazilərdən sıxışdırılaraq çıxarılmış, yerlərinə kürdlər doldurulubdur. Bütün bunlar azmış kimi indi də Əl-Qaidə terror təşkilatından ayrılan “İŞİD” (“İraq-Şam İslam Dövləti”) deyilən terrorçu təşkilat Səddam Hüseynin BƏƏS partiyasından ayrılanlarla birləşərək İraq türkmanlarına qarşı soyqırımı törətməkdədirlər.
Bu gün İraq və Suriya türkmanları İŞİD, BƏƏS və kürd
peşmərgələrinin əhatəsində köməksiz durumdadırlar. Bütün bunlara
demokratiya və insan haqlarının müdafiəçisi Birləşmiş Millətlər
Təşkilatı, Avropa Şurası, Avropa Birliyi və s. kimi mötəbər
təşkilatlar səslərini çıxarmır, başda Türkiyə iqtidarı olmaqla
bütün türk dünyası isə sanki qış yuxusundadır.
Beynəlxalq təşkilatların, böyük dövlətlərin, xüsusilə region
dövlətlərinin İraq və Suriyada baş verən olaylara adekvat mövqe
sərgiləməmələri, terroristlərin insanlığa qarşı törətdiyi qanlı
cinayətlərə seyrçi mövqe tutmaları, terrorizmin məzhəb və etnik
qarşıdurmaya çevrilməsinə biganəlik göstərmələri regionda çox ciddi
narahatlıqlar doğurur.
Bəzi Orta və Yaxın Şərq dövlətlərinin məzhəb və etnik
qarşıdurmalara sürükləyən siyasətləri terrorizmə, kütləvi
qırğınlara və milyonlarla qaçqınlar ordusunun yaranmasına yol
açmış, hətta bəzi ölkələri parçalanma təhlükəsi ilə üz-üzə
qoymuşdur.
Məzhəb çatışmalarına yol açan terroristlərin ancaq Türkiyə
konsulluğunun əməkdaşlarını və vətəndaşlarını əsir götürmələri,
məzhəbindən asılı olmayaraq yalnız Türkmənləri terrora və müxtəlif
basqılara məruz qoymaları hədəfdə türk-türkmənlərin olduğunu
göstərir. Bütün bunlara nəinki dünya ictimaiyyətinin, hətta
Türkiyənin hakimiyyət dairələrinin susqunluğu faciənin daha da
böyüməsi ehtimalını artırır”.
KXCP dünya ictimaiyyətini, beynəlxalq təşkilatları, böyük
dövlətləri, region dövlətlərini, xüsusilə Azərbaycan və Türkiyə
hökumətlərini baş verən faciənin genişlənməsinin, terrorun, məzhəb
qarşıdurmalarının və regionun əsas etnoslarından türkmənlərin məhv
edilməsinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər
görməyə, İraqı və Suriyanın parçalanmasının qarşısını almağa
çağırır.
“Əks təqdirdə, bu olaylar bütün dünyanı xaosa çevirər və təkcə
İraq və Suriyanın deyil, dünyadakı bütün çox etnoslu dövlətlərin
parçalanmasına gətirib çıxara bilər”,- deyə müraciətdə qeyd
edilir.
Asif
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO