İlham Əliyev Lukaşenkonu təbrik etdi
Bizi izləyin

Nida.az

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.

Təbrik məktubda qeyd edilir ki, Azərbaycanı və Belarusu ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bağlayır: "Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Belarus xalqını ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.


Bu gün dost Belarus dövlətçiliyin və qanunçuluğun möhkəmlənməsi, dinamik inkişaf və tərəqqi yolunda inamla irəliləyir.


Azərbaycan ilə Belarusu hazırda strateji tərəfdaşlıq xarakteri almış ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bağlayır. Əminəm ki, bizim dövlətlərarası münasibətlərimiz, ölkələrimizin və xalqlarımızın firavanlığı naminə qarşılıqlı dəstək və qarşılıqlı anlaşma bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.
Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Belarus xalqına sülh və firavanlıq diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm