Nida.az
Qarabağın ermənilərə verilməsi ilə bağlı texnoloji plan necə pozuldu?
Elçin Əsgərov son vaxtlar Azərbaycanda homoseksuallığın təbliğindən DANIŞDI
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədr müavini Elçin Əsgərov son vaxtlar Azərbaycanda homoseksuallığı təbliğ etmək istəyən xarici qüvvələrlə bağlı məsələni şərh edib.
Publika.Az-ın verdiyi xəbərə görə, E.Əsgərov bildirib ki, sosiologiyada və siyasətdə "Overton pəncərəsi" deyilən bir texnologiya var. Onun fikrincə, homoseksuallıqdan tutmuş insestə, insan əti yeməkdən tutmuş siyasi quruluşu dəyişməyə, öz ərazisini başqasına güzəştə getməkdən tutmuş faşist üsuli- idarəsi yaradılmasının leqallaşdırılmasına qədər bu texnologiya hər hansı bir cəmiyyətdə qəti qəbul olunmayan bir dəyəri kənardan tədricən cəmiyyətə necə yeritmək metodunu dəqiqliklə təsvir edir. E.Əsgərov deyib: “Bu, 5 mərhələdən ibarətdir:
1.Əvvəl o qəbulolunmaz, tabu, iyrənc dəyər cəmiyyətdə hər hansı hadisə nəticəsində gündəmə gətirilir.
2.Sonra "alimlər", "ekspertlər" buna "rəy" verir.
3.Sonra cəmiyyətdə aktiv müzakirəyə çıxarılır (lehinə və əleyhinə olmaqla),
4.Sonra "nəticə çıxarılır ki" niyə də yox?
5.Sonra bu qanuniləşdirilir və ya normaya çevrilir.
Texnologiyanın detalları çoxdur və orada mətbuata da, radikal tərəfdar və radikal əleyhidarlara da, siyasətçilərə də dəqiq yer ayrılıb. Hər birinin rolu, meydana girmə zamanı və aradan getmə zamanı var. Hamısı son nəticəyə - cəmiyyətdə heç düşünülməsi mümkün olmayan dəyərin qanuniləşməsinə xidmət edir. Məsləhət görürəm tapıb, detalları oxuyun, həyatda gördüyünüz çox şeyin bu texnologiyaya necə uyğun olduğuna heyrət edəcəksiz.
Onda, məsələn, biləcəksiniz ki, biz hazırda homoseksuallığın normaya çevrilməsinin işlənmiş plan əsasında 3-cü mərhələsini keçirik. Amma diqqətlə baxsaz bir çox başqa "dəyərləri" də tanıyacaqsız. O cümlədən dinlə bağlı. Amma bu texnologiyanı pozmaq yolları da var. Fəqət, sistemli, cəmiyyətin fəal hissəsi və dövlətin iştirak edəcəyi iş istəyir. Məsələn, dövlət, Qarabağın ermənilərə verilməsi ilə bağlı bəzi Qərb dövlətləri tərəfindən bizdə tətbiq olunmağa başlayan bu texnoloji planı hələ neçə illər əvvəl poza bilmişdi”.
Vasif Həsənli
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri