Nida.az
Elmar Məmmədyarov: "NATO ilə əməkdaşlıq öz töhfəsini verib"
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apparturayı qəbul edib.
XİN-in mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycanın NATO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini qeyd edərək, ölkəmizin Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və Planlaşdırma və Analiz Prosesi kimi NATO-nun tərəfdaşlıq mexanizmlərində fəal şəkildə iştirak etdiyini bildirib.
O, əlavə edib ki, NATO ilə əməkdaşlıq Azərbaycan
Silahlı Qüvvələrinin islahatı prosesinə və orduda müasir
standartların tətbiqinə öz töhfəsini verib.
C.Apparturay fəal tərəfdaş dövlət kimi Azərbaycanın NATO-nun
Əfqanıstanda keçirilən əməliyyatına və beynəlxalq təhlükəsizliyə
töhfəsinin Alyans tərəfindən yüksək qiymətləndirildiyini diqqətə
çatdırıb.
Görüşdə Azərbaycan ilə NATO arasında tərəfdaşlığın gələcək inkişaf
perspektivləri və NATO-nun qarşıdan gələn Uels zirvə toplantısının
gündəliyində duran aktual məsələlər üzrə fikir mübadiləsi
aparılıb.
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ