Nida.az
İsa Qəmbərdən “atəşkəs”: fevralın 1-ə qədər
Müsavat Partiyasının başqanı İsa Qəmbər müraciət yayıb. Publika.Az xəbər verir ki, Müsavat başqanının “Facebook” səhifəsində yaydığı müraciətdə deyilir: Hörmətli dostlar, Xanımlar və bəylər! Media və sosial şəbəkələrdə 2013-cü ilin sonlarında başlayan, Müsavat partiyasının üzvləri Milli Şuradan çıxdıqdan (6 yanvar) sonra daha da kəskinləşən söz savaşı bizim moratorium qərarından (8 yanvar) sonra xeyli səngisə də hələ bitməyib. Biz bu ili Məhəmməd Əmin Rəsulzadə ili elan etmişik. Yubiley tədbirləri il boyu davam edəcək, lakin, bir sıra əsas tədbirlər məhz indiki mərhələdə 28-31 yanvarda keçiriləcək.
Mən ilk növbədə müsavatçılara və “Yeni Müsavat”çılara, eyni zamanda ərkim çatan hər kəsə müraciət edərək hamını fevralın 1-nə qədər atəşkəs elan etməyə, daha sonra isə bu söz savaşına birdəfəlik son qoymağa çağırıram”.
Daha sonra İ. Qəmbər məlumat verib ki, bu gün M. Ə. Rəsulzadənin
həyatda olan son silahdaşlarından biri- Azərbaycan Kültür
Dərnəyinin rəhbəri Cəmil Ünal Bakıya gəlir: “Doğrusu ,mən heç
istəməzdim ki, o, sabah qəzetləri açanda Rəsulzadə-Elçibəy yolunda
olduğunu iddia edənlərin bir-birinə qarşı yazıları ilə
qarşılaşsın”.
Asif
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...