Nida.az
İddia sübuta yetirilsə, baş nazir istefa verəcək
Publika.az “odatv”yə istinadən xəbər verir ki, DYP (Doğru Yol Partiyası) sədrinin müavini Kamal Abdullahoğlu FED-in (ABŞ-ın Mərkəzi Bankı – red) Türkiyənin Ziraat bankı ilə bağlı istintaq qərarı verməsinin mümkünlüyündən danışıb.
O deyib: “Ölkələrin iqtisadiyyatı ilə bağlı qərarlara istiqamət verən ABŞ-ın FED bankı bir dövlət müəssisəsi olan Ziraat Bankının Nyu-York şöbəsinə deyir: “Mənə fəaliyyətinlə bağlı plan ver. Çünki sənin 2012-ci ilin ikinci yarısında həyata keçirdiyin pulköçürmə əməliyyatları zamanı çirkli pullarla əlaqədar şübhəli məqamlar var. Altmış gün ərzində mənə bir plan hazırla”. Ziraat bankı da 13 səhifəlik fəaliyyət planını Türkiyədə təsdiqlədib FED-ə göndərib. FED öz növbəsində bunu rəsmi internet saytında yayımlayıb. Bu fövqəladə qərar etibarı sarsıdır”.
Abdullahoğlu iddia edir ki, FED bu cür qərarları yalnız 3-cü
dünya ölkələri barəsində verir: “Ən pisi isə FED-in bu cür qərarı
ictimaiyyətə yayımlamasıdır. Və bu o deməkdir ki, məsələ ciddidir.
Təbii, FED-in şübhəli gördüyü əməliyyatlar embarqoya rəğmən, 17
dekabr rüşvət əməliyyatlarının baş rol ifaçısı Rza Zərrab
vasitəsilə İrana transfer edilən pul əməliyyatlarıdır. Əgər FED-in
bu istintaqda şübhə və iddiaları təsdiqini tapsa, cənab baş nazir
və məsələ ilə əlaqədar nazirlər çox ciddi problemlərlə
üzləşəcəklər. Və nəhayət, istefa vermək məcburiyyətində qalacaqlar.
Onsuz da, bu cür əməliyyatları yüksək çinli məmurların dəstəyi
olmadan etmək mümkün deyil”.
Vüsal Tağı
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır