Nida.az
Ermənistan Azərbaycana görə Kremldən üz döndərir
“Rusiyanın Azərbaycana silah satması Moskvanın müttəfiq dediyi Ermənistan üçün təhlükəli tendensiyadır”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin üzvü Atrak Zakaryan deyib. Erməni deputat iddia edir ki, bu, regionda təhlükəsizliyə təhdiddir: “Regionda silahlandırmanın müəyyən səviyyəsi var. Lakin Azərbaycana silahın satışı bu ölkənin hərbi gücünü artırır və hərbi-texniki planda tarazlığı pozur. Bununla yanaşı, Azərbaycan İsraildən də silah alır. Həmçinin Rusiyanın müttəfiqi Belarusdan, eləcə də dünənə qədər müttəfiq olan Ukraynadan da silah idxalını gerçəkləşdirir. Minsk qrupu buna nəzarət etməlidir”.
Erməni deputat qeyd edib ki, Ermənistan müttəfiqlərini yenidən gözdən keçirməlidir.
“Hansı ki bu gün Azərbaycana silahı bizim müttəfiqimiz Rusiya
satır. Bu, faktiki olaraq, Moskvanın İrəvanda üz döndərməsi, daha
konkret satmasıdır. Moskva bunu Bakının Avrasiya İttifaqına gəlməsi
üçün edir. Amma bu da faktdır ki, burda itirən Ermənistandır. Buna
görə də hesab edirəm ki, müttəfiqlərimizi yenidən gözdən
keçirməliyik”,- deyə erməni deputata bildirib.
Asif
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi