Nida.az
Putinin məxfi iclasında Bakı müəmması - Bizim şərh
Rusiya prezidenti Vladimir Putin ölkə ərazisinin bütövlüyü məsələsi ilə bağlı bu gün Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Publika.az xəbər verir ki, rusiyalı politoloq Fyodor Lukyanov bu təcili iclası Putinin çətin vəziyyətə düşməsi ilə əlaqələndirir. Onun sözlərinə görə, Ukrayna separatçılarına dəstəyə görə sərt sanksiyaların tətbiqi Rusiyada gözlənilməz nəticələrə səbəb ola bilər.
Rusiya KİV-i iddia edir ki, iclasda silahlı qüvvələrin fəaliyyətə keçməsi məsələsi də gündəmə gələ bilər, əgər deyildiyi kimi, Rusiyanın ərazi bütövlüyü təhlükədədirsə.
Ən maraqlısı isə Rusiya ictimaiyyətində yaranmış çaşqınlıqdır. Demək olar ki, heç kəs hökumət rəhbərliyinin təlaşını anlaya bilmir. Sosial şəbəkələrdə, hətta mediada bu təlaşın elitanın öz pulunu qurtarmaq cəhdləri ilə əlaqələndirənlər var. Lakin nəsə ciddi bir şeyin baş verdiyi düşüncəsi də hakimdir.
Maraqlı olansa, Rusiya ərazi bütövlüyünü təhdid edən təhlükənin
nə olmasıdır. Çünki faktiki olaraq, aktiv döyüşlər Rusiya
sərhədləri xaricində gedir, Moskvadan fərqli olaraq heç kəs rus
torpaqlarına iddia etmir.
Ən böyük ehtimal Qərbin sanksiyalarıdır, hansı ki bu, Rusiyanın
imperiya siyasətini təhdid edir. Digər tərəfdən, post-sovet
məkanında mərkəzdənqaçma oyunu da artıq başlayıb. Moldova, Ukrayna
və Gürcüstan Avropa Birliyi ilə Assosiativ sazişi imzaladı və
praktiki olaraq Avropanın təsir zonasına keçdi. Moskvanın rıçaqları
demək olar ki, işləkliyini itirib. Kiyev Rusiyanın ən böyük rıçaqı
olan qazdan imtina etmə mərhələsindədir və özünü o qədər də pis
hiss etmir.
Digər inandırıcı ehtimal Moskvanın separatçı əməllərinin özünə qarşı çevrilməsidir. Bunun üçün ən qaynaq nöqtə Şimali Qafqaz yaxın perspektiv üçün, uzaq Sibir isə uzaq perspektiv üçün yetişmiş dərəcədədir. Digər tərəfdən, Ermənistanın da təsirdən çıxması məsələsi var. Çünki Ermənistan Rusiya üçün xarici deyil, daxili sərhəd ölkəsi hesab edilir. Bir növ, Dağıstan, yaxud Çeçenistanın de-fakto forması kimi. Hazırda İrəvanda Moskvadan yayınmaq meyilləri nəzərə çarpır.
Və nəhayət, Moskva üçün ölümcül zərbə ola biləcək Bakının öz tərəfini müəyyən etməsi var. Hansı ki, bu Rusiya üçün Qafqazın itirilməsi, ardınca Şimali Qafqazın azadlıq savaşının alovlanması (üçüncü çeçen müharibəsi kimi-red) və Qərbin, praktiki olaraq da NATO-nun Rusiya sərhədlərinə çökməsi deməkdir. Demək olar ki, Rusiya üçün hazırda ən böyük müəmma Bakıdır.
Bu baxımdan, Putinin təcili iclası ya geri çəkilmək, ya da müəyyən təhlükəli gedişləri gözdən keçirmək məqsədi daşıya bilər.
Asif Nərimanlı
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu