Nida.az
“Milli Şura Cəmil Həsənlinin REAL-a keçməsindən ehtiyat edir”
“Milli Şurada ehtiyat edirlər ki, Cəmil Həsənli REAL-a gələr”.Bu barədə REAL Vətəndaş Hərəkatının Məclis sədri Erkin Qədirli Publika.Az –a açıqlamasında Milli Şura sədri Cəmil Həsənlinin REAL-a keçməsi ilə bağlı ehtimallara münasibət bildirərkən deyib. Hərəkat rəsmisi qeyd edib ki, Cəmil Həsənli ilə bu barədə danışıq aparmayıblar: “Onun özü də belə bir istək ifadə etməyib. Milli Şurada bununla bağlı ehtiyatlanırlar ki, birdən Cəmil bəy qurumdan ayrılar, REAL-a gələr. Cəmil bəyə böyük hörmətimiz var. Dəyərli ziyalımızdır, seçkidə də onu dəstəkləmişik. Lakin siyasi gələcək haqqında söhbətimiz olmayıb. Nə onu dəvət etmişik, nə də özü belə istək ifadə edib. Ola bilsin ki, bununla bağlı Milli Şurada fikirlər var. Görürsünüz də bir-birini söyürlər, didişirlər. Bu onlar üçün yeni mövzudur. Amma tam məsuliyyətlə deyirəm ki, belə bir fikir yoxdur”.
Qeyd edək ki, seçkidən sonra C. Həsənlinin Milli Şuradan
ayrılacağı və REAL-a keçə biləcəyi haqqında ehtimallar var idi.
Bununla bağlı politoloq Zərdüşt Əlizadə də bildirmişdi ki, seçkidən
sonra bu baş verə bilər. Milli Şuranın hazırki durumunda bir sıra
ekspertlər C. Həsənlinin perspektivi yaxşı görünən REAL hərəkatına
keçməsini istisna etmirlər.
Asif
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək... -
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO