Nida.az
Çingiz Qənizadə: "ATƏT-in Minsk Qrupu cavab verməlidir"
Müharibə şəraitində olduğumuzdan bu itkilərin olması normaldır. Nə qədər ki müharibəyə son qoyulmayıb bu itkilər davam edəcək. Ermənilərin cəbhə boyunca atəşkəsi pozması, snayperlərdən istifadə etməsi ATƏT-in Minsk Qrupuna, Beynəlxalq normalara, əldə olan bütün razılaşmalara tüpürməkdən başqa bir şey deyildi.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib. Onun sözlərinə görə, iki gün öncə cəbhədə müşahidə olunanlar bir daha Ermənistanın hər hansı bir razılaşmaya əməl etmək niyyətində olmadığını göstərdi.
“Ermənistan tərəfi hələ də işğalçı siyasətini davam etdirir. Belə olan halda nə etmək lazımdır? Sualına isə ATƏT-in Minsk Qrupu cavab verməlidir. Minsk Qrupundan bu vaxta qədər nə işlər gördüklərini, niyə görmədiklərini soruşmaq lazımdır. Təbii ki, mən günahı Ermənistanın arxasında dayanan dövlətlər və ATƏT-in Minsk Qrupunda görürəm. Minsk Qrupu bütün nüfuzunu və gücünü itirib, ona görə də problemin tənzimlənməsində digər vasitəçilərə, qruplara ehtiyac var”.
Millət vəkili Ermənistanın beynəlxalq normaları pozduğu bir anda Azərbaycan tərəfdən atılmalı olan addımlardan da danışdı:
“Tərəflər snayperlərdən istifadə edilməməsi ilə bağlı razılıq əldə etmişdilər. Lakin iyulun 31-də müşahidə olunan hadisələr Ermənistan tərəfinin qaydaları pozduğunu göstərdi. Azərbaycan tərəfi də əks-tədbirlər görməlidir, həm snayperlərdən istifadə etməliyik, həm də digər silah növlərindən istifadə etməklə düşmənin susdurulması üçün əlimizdən gələni etməliyik. Beynəlxalq hüquq normalarını gözləyərək itkilər verməkdə davam etməməliyik. Qanuna uyğun əks-tədbirlər görməliyik, lazım gəlsə, razılaşma şərtləri də pozulmalıdır. Çünki ilk olaraq şərti pozan Ermənistan tərəfi olub”.
Ç.Qənizadə telekanallarda 8 şəhid verildiyi gündə telekanallarda əyləncəli verilişlərin verilməsini də pislədiyini bildirib:
“Düzdür, matəm saxlanmasının tərəfdarı deyiləm. Lakin 8 şəhid verdiyimiz gündə proqramlarda hər hansı dəyişiklik etmək mümkün idi”.
Gülxar
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."