Nida.az
Erməni mediası: “Nazir Nalbandyan agentdir”
Ermənistan mediası “XİN-nin verilməsi” başlıqlı analitik yazı ilə çıxış edərək, ölkənin Xarici İşlər naziri Eduard Nalbandyanı tənqid atəşinə tutub.
Axar.az xəbər verir ki, təhlil materialında Azərbaycanın xarici syasəti təqdir olunur. Vurğulanır ki, təmas xəttində baş verən son hadisələrələ əlaqədar Azərbaycan daha çevik tərpənir, nənki rəsmi İrəvan.
Yazıda qeyd olunur ki, rəsmi Bakı artıq beynəlxalq qurumlara müraciət edərək, Ermənistana qarşı sanksiyaların tətbiq olunmasına çalışır. Əvəzində isə Xarici İşlər naziri Nalbandyan susur və əsas işi üçüncü ölkələrə agentlik etməkdir:
“Əslində, belə bəyantla Ermənistan XİN-i çıxış etməliydi. Nədənsə Nalbandyan susur. Bu o vaxt baş verir ki, gənc əsgərlərimiz həyatı bahasına vuruşur. Ümumiyyətlə, Ermənistanın Avrasiya Birliyinə üzvlüyü gündəmə gələndən ölkəmiz problemlərlə üzləşib. Milli maraqlarımıza Moskva, Astana və Bakı tərəfindən zərbələr dəyir. Qənaətimizcə, Xarici İşlər Nazirliyi bir diplomatik idarə deyil, üçüncü ölkələrin geniş agentura şəbəkəsidir. Nalbandyanın özü isə agentdir. Biz bunlardan çox narahatıq. Deməli, sözügedən nazirlik əməli işlərlə, üzərlərinə düşən vəzifələrin yerinə yetiriməsi ilə deyil, formal fəaliyyət göstərir. Yeganə çıxış yolu iqtidarın devrilməsi, çevik çalışan dövlət qurumlarının yaradılmasıdır. Zəif fəaliyyət Qarabağ məsələsinin həllini üçüncü ölkələrin əlinə verdi. Bir sözlə, asanlıqla Xarici İşlər Nazirliyimizi itirilmiş saya blərik”.
Xatırladaq ki, yazı Ermənistan daxilində ciddi əks-sədaya səbəb olub.
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım