Nida.az
Trofimçuk: “Soçi görüşü Moskva üçün sonuncu testdir”
“Danışıqlar xətrinə danışıqlar prinsipindən çıxmaq üçün praktik qərarlar lazımdır”.
Bu sözləri Axar.az-a rusiyalı politoloq Qriqori Trofimçuk Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirələcək görüşünün nəticələrini şərh edərkən deyib.
O, Qarabağın həll edilməsinin Rusiya üçün fəlakət doğuracağını bildirib:
“Qarabağ konfliktinin daxilində eskalasiya münaqişənin yenidən partlayacağı təqdirdə Moskvanın hansı mövqe tutacağı ilə bağlı fikrinin öyrənilməsi baxımından sonuncu testdir. Bu suala cavab Bakıya olduğu kimi Vaşinqtona da çox maraqlıdır. İrəvan bu suala cavabda o qədər də maraqlı deyil. Çünki bilir ki, Rusiya istənilən halda onu müdafiə edəcək. Ona görə də Əliyev və Sərkisyanın Soçidə Rusiya prezidenti ilə keçiriləcək görüşündən çox şey asılıdır. Rusiya bu dəfə formal çağırış olan “konflikt danışıqlar yolu ilə həll edilməlidir” fikri ilə bağlı heç bir üstünlüyə sahib deyil. Belə fikir yaranır ki, 1994-cü il sanki dünən baş verib. Danışıqlar xətrinə danışıqlar prinsipindən çıxmaq üçün praktik qərarlar lazımdır. Məsələn, bunlardan biri rayonların reytinqini hazırlamaqdır. Bunun əsasında müəyyən etmək olacaq ki, hansı rayonlar artıq Bakının nəzarəti altına keçməyə hazırdır. Məsələ belə qoyulmalıdır: a) təxminən eyni şeyi təklif edən ABŞ-ın əlindən təşəbbüsü almaq; b) gələcək illər üçün keçid situasiya hazırlamaq və iki əsas iştirakçı ölkənin bu müddət ərzində regionun təhlükəsizliyini təmin etmək üçün özlərinin hazırlığı.
Əks təqdirdə heç bir konkret həll olmadan Qarabağ Ukrayna və Dnestryanıya əlavə olaraq Rusiyanın altında ikinci ocağın yaranmasına səbəb olacaq. Bundan sonra isə üçüncü ocaq alovlancaq ki, bu da Mərkəzi Asiyada yaranacaq”.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi