Nida.az
Zakir Həsənov: "Ermənistan regional sabitliyə əsas təhlükədir" - FOTOLAR
Avqustun 7-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Latviyanın müdafiə naziri Raymonds Veyonisi qəbul edib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, R.Veyonisin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Ümumilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
Sonra Müdafiə Nazirliyində R.Veyonisin rəsmi qarşılanma mərəsimi keçirilib. Hər iki ölkənin dövlət bayrağının dalğalandığı meydanda Latviyanın Müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra Latviyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib. Rəsmi protokola uyğun olaraq qonaq Şərəf Kitabını imzalayıb.
Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən
görüşdə müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları
salamlayaraq Azərbaycan ilə Latviya arasında hərbi əməkdaşlığın həm
NATO-nun müxtəlif proqramları, həm də ikitərəfli əsasda həyata
keçirildiyini, onun dostluq münasibətləri üzərində qurulduğunu və
bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib.
Son dövrdə qoşunların təmas xəttində baş verən gərginliyə toxunan
müdafiə naziri Ermənistanın regional sabitliyə əsas təhlükə
yaratdığını, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquqa və BMT
Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail
olunmasının vacibliyini vurğulayıb.
Cənab R.Veyonis öz növbəsində dövlətlərimizin əlaqələrinin mehriban dostluq münasibətlərinə əsaslandığını və Latviyanın Avropada Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.
Sonra Azərbaycan-Latviya hərbi əlaqələri və qarşılıqlı maraq
doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Latviya Müdafiə nazirinin Azərbaycana səfəri avqustun 11-dək davam edəcək.
-
Sosial22:48
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
-
Magazin121:36
Pərvin çəkilişlərdə xəstəlik tapdı - FOTO
-
Sosial21:12
Azərbaycanlı general vəfat etdi - FOTO
-
Magazin121:00
Əməkdar artist Cəlilabadda məscid tikdirdi - VİDEO
-
Sosial20:48
Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - VİDEO/YENİLƏNDİ
-
Avropa19:50
Dünyaya gizli güclər tərəfindən göndərilən, ruhunu şeytana satan “PİVƏ QİYAMÇISI” - FOTO
-
Magazin119:00
Əli Mirəliyev yeni imicindan DANIŞDI: "Məndən ötrü ölənlər olub" - VİDEO
-
Kriminal18:00
Azərbaycandan qaçdığı düşünülən seksual manyak gizli şəkildə çobanlıq edirmiş