Nida.az
Müxalifəti Rəsulzadə belə birləşdirə bilmədi
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin 130 illiyik yubileyi ölkədə anılıb. Rəsulzadə-Elçibəy yoluna iddia edən müxalifət də hər kəs kimi Rəsulzadənin Novxanıda yerləşən abidəsini ziyarət edib. Amma Rəsulzadə irsini daşıdığını iddia edən Müsavatla, Elçibəyçilər, daha doğrusu Milli Şura ziyarəti birlikdə deyil, ayrı-ayrılıqda ediblər. Müsavat ziyarəti öncə həyata keçirib, Milli Şura isə Müsavatın ziyarəti başa çatdırmasını gözləyərək, onun ardınca Rəsulzadənin abidəsinə baş çəkib. Maraqlıdır ki, Rəsulzadə də, Elçibəy də hər zaman birliyin tərəfdarı idi. Biri Azərbaycan respublikasını qurdu, biri bütöv Azərbaycan uğrunda vuruşdu. Onun yoluna iddia edənlərin bundan əvvəlki deyil də, məhz bu gün etdikləri “bu yola iddia etmələrinə nə qədər haqları çatır” sualını ortaya çıxartdı.
Ziyarətlər zamanı diqqətçəkən məqamlardan biri hər iki tərəfin
möhtəşəmlik uğrunda mübarizə aparması idi. Milli Şura Müsavatı,
Müsavatı Milli Şuranı üstələməyə çalışır, biri say çoxluğuna,
digəri keyfiyyətə üstünlük verirdi. Say baxımından Milli Şura
çoxluq təşkil etsə də, Rəsulzadənin silahdaşı Cəmil Ünal və nəvəsi
Rəsi Rəsulzadənin müsavatın yanında olması müsavatçılara üstünlük
verirdi.
Milli Şuranın ziyarətində isə diqqət çəkən məqamlar var idi.
Belə ki, Əli Kərimli, Cəmil Həsənli, Mirmahmud Mirəlioğlu Milli
Şuranın liderləri olaraq ziyarətə qatılıblar. Lakin “El” hərəkatı
ziyarətə qatılmayıb. Onlar da abidəni ayrıca olaraq ziyarət
edəcəklərini açıqlayıblar. Sülhəddin Əkbər isə səhhəti ilə bağlı
olaraq ziyarətə qatılmayıb.
Qeyd edək ki, Müsavat Partiyası Milli Şuradan ayrıldıqdan sonra
Rəsulzadənin abidəsini ayrıca ziyarət edəcəyi ilə bağlı qərar
vermişdi. “El” hərəkatının rəhbəri də Eldar Namazov da Milli Şuranı
tərk edib.
Görünür müxalifəti Rəsulzadə belə birləşdirə bilmədi. Bəs onları
kim və hansı dəyərlər birləşdirir?
Asif
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...