Nida.az
Dağıstanda Qurbanovlara qarşı şok “təmizləmə” əməliyyatı – Özəl
Avqustun 8-də Dağıstan Daxili İşlər Nazirliyinin İqtisadi Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin maskalı əməkdaşları Dərbənd rayon icra hakimiyyətinin binasına basqın edib.
Publika.az-ın Dağıstandakı mənbələrdən əldə etdiyi məlumata görə, əməliyyat zamanı son 7 ilin bütün sənədləri müsadirə edilib.
İdarə əməkdaşlarının icra hakimiyyətinin işçilərinə qarşı zorakılıq etdiyi deyilir. Avqustun 11-də isə Dağıstan Hesablama Palatası icra hakimiyyətinə gələrək Qurban Qurbanovun fəaliyyətini araşdırmağa başlayıb. Hazırda Dərbənd icra hakimiyyətinin fəaliyyətinin iflic olduğu bildirilir. Q. Qurbanov isə bununla bağlı keçirdiyi mətbuat konfransında ona qarşı təzyiqlərin olduğunu deyərək keçirilən əməliyyatları qanunsuz adlandırır.
“Dağıstan rəhbərliyi mənə qarşı mütəmadi şəkildə təzyiqlər edir. Məcbur edirlər ki, istefa ərizəmi yazım. Mənə qarşı təzyiqlərin olması ilə qardaşımın vəzifədən çıxarılması arasında uyğunluq var”, - deyə Dərbəndin azərbaycanlı rəhbəri bildirib.
Məlumat üçün bildirək ki, Q. Qurbanovun qardaşı Maqomed Qurbanov Dağıstanın Azərbaycandakı nümayəndəliyinin rəhbəri olub. Ötən il Muxtar Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov tərəfindən vəzifəsindən çıxarılıb. Yayılan məlumatlara görə, Qurbanovlar ailəsinə qarşı təzyiqlər Dağıstanın avar klanı tərəfindən həyata keçirilir. Əsas səbəb kimi isə onların rəsmi Bakı ilə yaxın münasibətlərə malik olmasıdır.
M. Qurbanovdan sonra Dağıstan nümayəndəliyində rəhbər postu bir
ilə yaxın boş qalıb. Yalnız ötən ay Abdulatipovun sərəncamı ilə
kumık əsilli Marat İsgəndərov nümayəndəliyə rəhbər təyin
edilib.
Qeyd edək ki, R. Abdulatipov iyulun 23-də Dağıstan dövlət
televiziyasında çıxışı zamanı Dərbənd icra hakimiyyətinin rəhbəri
Q. Qurbanovu istefaya çağırıb. Buna etiraz olaraq 1000-ə yaxın
azərbaycanlı icra hakimiyyəti binasının qarşısına toplaşaraq etiraz
aksiyası keçirib. Q. Qurbanov “mənə 47 min insan səs verib, mənim
istefa vermək fikrim yoxdur” açıqlaması ilə çıxış edib.
Məlumata görə, Q. Qurbanova qarşı aparılan əməliyyatlar onun əvəzlənməsi ilə bağlıdır. Mənbə onun yerinə əslən tabasaranlı olan keçmiş ədliyyə naziri Azadi Rəhimovun gətiriləcəyini deyir.
Asif Nərimanlı
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO