Nida.az
İntiqam Əliyevin həbsindən pul qazanmaq istəyən partiya sədri kimdir? – Şok İttihamlar
“Əli Kərimli İntiqam Əliyev və digərlərinin həbsindən pul qazanmaq istəyir”.
Publika.az-a açıqlamasında bu sözləri Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu müxalifətin keçirdiyi görüşə AXCP sədri Əli Kərimlinin qatılmamasını şərh edərkən deyib.
Onun sözlərinə görə, Ə. Kərimlinin davranışı “keçi can hayında, qəssab piy axtarır” məsələsinə bənzəyir: “Bəzi siyasi liderlər insanların başına gələn faciələrdən divident qazanmaq istəyirlər. Əslində, həbs olunmuş istənilən şəxsi müdafiə etmək lazımdır. Bu, insanlığa aid olan məsələdir. Əli Kərimli isə hesab edir ki, Azərbaycanda kimsə həbs olunursa, müdafiəni yalnız o edə bilər. Məqsəd də budur ki, əgər onlara görə “sağ ol” deyiləcəksə, xaricdən yardımlar ayrılacaqsa, ona desinlər, yardımları da o alsın. Mən həmin iclasa getdim, Əli bəyi orda görmədim. Hətta zarafatla dedim ki, o, məni öz iclasından qovsa da, mən onun burada olmasının tərəfdarıyam. Çünki bu adamlar bizim qohum-qardaşımız deyil, bəziləri ilə heç üz-üzə də gəlməmişəm. Amma hamı bir nəfər kimi müdafiədə iştirak etməlidir. Əli Kərimli isə bizi o iclasa qatılmağımıza görə hökumətə işləməkdə ittiham edir. Görün bu, nə qədər absurd, ağıldankəm iddiadır”.
ADP sədri qeyd edib ki, Cəmil Həsənli də Əli Kərimlinin
adamıdır. Onun sözlərinə görə, Ə. Kərimli nə deyirsə, C. Həsənli də
onu deyir: “Ona görə də iclasda Cəmil Həsənli yox idi. Bütün məqsəd
isə həbslərə görə xaricdən ayrılacaq yardımları almaqdır. Necə ki
bu günə qədər müxalifətə ayrılan hər cür yardımı alıb təyinatı üzrə
xərcləməyiblər, indi də bunu istəyirlər. Yəni məqsəd müdafiə etmək
yox, müdafiə adı altında divident qazanmaqdır. Ona görə də
başqalarının müdafiəsinə belə qısqanclıqla yanaşırlar”.
Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbərin təşəbbüsü və KXCP sədri Mirmahmud Mirəlioğlunun təşkilatçılığı ilə müxalifət həbslərlə bağlı bir araya gəlib. Lakin Milli Şura sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli dəvət olunsalar da, toplantıda iştirak etməyiblər.
Asif Nərimanlı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ