Nida.az
Misirdən Ermənistana Qarabağ etirazı
Misirdə fəaliyyət göstərən Azərbaycan diasporu bu ölkədəki yerli və beynəlxalq təşkilatlara müraciət edib.
Publika.az Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Misir Ərəb Respublikasındakı Azərbaycan diasporu Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında erməni silahlı qüvvələrinin vəziyyəti yenidən gərginləşdirməsi ilə əlaqədar Misirdəki yerli və xarici qurumlara bəyanat ünvanlayıb.
Bəyanatda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan və
Ermənistan arasında mövcud atəşkəs rejiminin intensiv pozulmasından
dərin narahatlıq ifadə olunur. Bildirilir ki, son günlər Ermənistan
silahlı qüvvələrinin qoşunların təmas xəttində atəşkəsi mütəmadi
pozması nəticəsində Azərbaycanın 13 hərbçisi həlak olub. Müraciətdə
Ermənistan silahlı qüvvələrinin sərhəd bölgələrində yaşayan dinc
əhaliyə, o cümlədən uşaqlara atəş açması və bir nəfər yerli sakinin
qətlə yetirilməsi xüsusi qeyd edilir.
Misirdəki Azərbaycan diasporu dünya ictimaiyyətini baş verənlərə, Ermənistanın yenidən müharibəni alovlandırmaq cəhdlərinə biganə qalmamağa, təcavüzkar ölkəyə qarşı təzyiqləri artırmağa çağırıb. Bəyanat Misirdə fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlara, səfirliklərə, Misirin müvafiq dövlət qurumlarına göndərilib.
Asif
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu