Belə səfərlərə rus sülhməramlılarının göz yumması ciddi məsələdir - Qənizadə
Bizi izləyin

Nida.az

Belə səfərlərə rus sülhməramlılarının göz yumması ciddi məsələdir - Qənizadə

"Cənab Prezident yerli KİV-ə verdiyi müsahibədə bir sıra sirləri açdı. Yəni bizim bilmədiyimiz bəzi məqamları da hörmətli Prezident xalqımıza çatdırdı. Eyni zamanda bəzi məsələlərə də ölkə başçısı kimi öz münasibətini bildirdi. Onlardan biri də Fransada prezidentliyə namizəd Pekresin Qarabağa qanunsuz səfəri ilə bağlı idi. Cənab Prezident bununla bağlı qeyd etdi ki, o səfərdə Pekresi müşaiyyət edən Varnie adlı keçmiş Fransa xarici işlər naziri də olub. Onların səfərindən Azərbaycan tərəfinin narazılığını Rusiya sülhməramlılarına və Rusiya dövlətinə çatdırarkən qeyri-ciddi cavab verilib ki, biz görməmişik, bilsəydik buna icazə verməzdik. Cənab Prezident haqlı olaraq bunu qeyri-ciddi cavab adlandırır".

Publika.az xəbır verir ki, bunu SİA-ya açıqlamasında hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib.Hüquq müdafiəçisi qeyd edib ki, bizim üçün önəmlisi o oldu ki, həmişə biz deyirdik ki, Ermənistanın, rus jurnalistlərin, Fransa da prezidentliyə namizəd Pekresin səfərlərinin qarşısı niyə alınmır və niyə dövlət tədbir görmür. Amma cənab Prezidentin bu açıqlamasında biz gördük ki, dövlətimiz dərhal məsələlərə reaksiya bildirir. Eyni zamanda izahat tələb edilir və verilən cavabları da qeyri-ciddi qəbul edir. Orada maraqlı məqamlardan biri də budur ki, cənab Prezident cəmiyyətə belə bir mesaj verdi ki, yəni biz onların səfərini bilmiş olsaydıq, onların geri qayıdışını əngəlləyəcəkdik. Çünki Laçın dəhlizi tamamilə bizim yaxınlığımızdan keçir. Və biz istəsək, dərhal orada nəzarəti ələ keçirmək imkanımız var. Bu cür səfərlərin rus sülhməramlıları tərəfindən reallaşmasına göz yumulması, təbii ki, olduqca ciddi bir məsələdir.

Çingiz Qənizadə bu barədə fikirlərini belə izah edib: "Sanki Rusiya sülhməramlıları bölgədə olduğu müddətdə erməni icmasının yaşadığı ərazilərdə həyatın dirçəlməsində, əhalinin ora çox gəlməsində, müəyyən tədbirlərin keçirilməsində maraqlıdırlar. Onlar məsələyə bir don geyindirmək istəyirlər ki, Qarabağın ermənilər yaşayan ərazilərində həyat var, yaşayış var. Əksinə biz bilirik ki, Qarabağın ermənilər yaşayan ərazilərində hansı acınacaqlı vəziyyət var. Burada acınacaqlı siyasi, iqtisadi, sosial durum var. Su, qaz, işıq kimi tələbatların vaxtında verilməməsi ilə bağlı problemlər yaşanır. Orada yaşayanlar sanki qeyri-müəyyən formada qəbilə, icma halında yaşayırlar və nə baş verdiyini bilmirlər. Amma cənab Prezidentin məhz bu səfərlərlə bağlı açıqlaması bizi bir daha qane etdi və sakitləşdirdi. Çünki verdiyi cavab göstərir ki, dövlətimiz Qarabağda erməni icmasının yaşadığı ərazilərdə və ora gediş-gəlişdə nə baş verirsə, bunların hamısı ilə tam ciddi maraqlanır və hər şeyi nəzarətdə saxlayır. Bir maraqlı məsələni də qeyd edim ki, cənab Prezidentin də dediyi kimi, Ermənistandan Qarabağa gələn maşınların 90 faizi yoxlanılmır. Ancaq Qarabağdan Ermənistana Laçın dəhlizi vasitəsilə gedən nəqliyyat vasitələrinin yarıya qədəri yoxlanılır. Bu o deməkdir ki, Qarabağdan çıxıb-gedənləri əngəlləmək istəyirlər. İnsanları ləngidib onları bezdirirlər ki, Qarabağadan getmək istətəyənlər bir növ bu istəklərindən əl çəksinlər. Bununla da Qarabağda məskunlaşmanı saxlasınlar. Ancaq cənab Prezident başqa bir suala cavabında dedi ki, Qarabağda vaxtı ilə 38 min erməni məskunlaşıb. Müharibədən sonra onlardan 11 mini Qarabağı birdəfəlik tərk edib. İndi Qarabağda təqribi 27 min erməni məskunlaşır. Məhz rus sülhməramlıları da bu rəqəmin daha da azalmaması üçün, daha çox insanın köçüb-getməməsi üçün Qarabağdan Ermənistana gedən maşınları saxlayıb problem yaratmaqla onları əngəlləməyə çalışırlar. Bütün hallarda Rusiya sülhməramlılarının müsbət tərəflərinin olmasına baxmayaraq, onların fəaliyyətinin mənfi tərəfləri də var. Bu, cənab Prezidentin olduqca diplomatik ifadəsi ilə həm Rusiyaya, həm də cəmiyyətə çatdırıldı".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm