Bu ölkə döyüşə girməyəcək - Politoloq
Bizi izləyin

Nida.az

Bu ölkə döyüşə girməyəcək - Politoloq

“Rusiya ilə Ukrayna arasında müharibə olacağını düşünmürəm. Çünki indiki reallıq Rusiyanın maraqlarına cavab verir. Hər bir müharibə riskdir və adıçəkilən ölkə heç bir səbəb olmadan döyüşə girməz”.

Bunu Publika.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Politoloq qeyd edib ki, Rusiya belə bir müharibəyə girərsə, qarşısında Qərb dövlətlərini görə bilər: “Hərbi baxımdan olmasa belə, siyasi baxımdan Qərb dövlətləri Rusiyaya təzyiqlər göstərə bilər. Yəni, Rusiyaya qarşı sanksiyaların sayının artma ehtimalı var. Ukrayna heç vaxt təkbaşına Rusiya ilə müharibə aparmaz və onlar əmindir ki, Qərb dövlətləri onlara dəstək verəcək”.

Ə.Məmmədli vurğulayıb ki, yaradılmış status-kvo Ukraynadan başqa digər tərəflərin hər birinə sərf edir: “Ukrayna torpaqlarının bir hissəsini itirib və yaranmış qarışıqlıq getdikcə səngiyəcək. Yəni, iki tərəf arasında böyük bir müharibənin olması real görünmür. Yalnız separatçılara qarşı Ukrayna ordusu kiçikçaplı əməliyyatlar keçirə bilər. Qərb dövlətləri və ABŞ siyasi cəhətdən Rusiyaya müəyyən sanksiyalar tətbiq edə bilər. Adıçəkilən dövlətlər tərəfindən Rusiyaya hərbi müdaxilə olacağını düşünmürəm. Ancaq onların mövqeləri bir-birinə uyğun gəlmir. Rusiya Qərb dövlətlərinin parçalanmış mövqeyindən istifadə edir. Bundan sonra da Ukraynaya bəzi ölkələr tərəfindən hərbi yardımlar olacaq. Ancaq həmin dövlətə yardım etmək müharibə olacaq mənasına gəlmir. Ukrayna hakimiyyəti Rusiya kimi bir dünya gücünü qarşısına almağa çalışmaz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm