Ermənistan prezidentliyinə namizəddən GÖZLƏNİLMƏZ AÇIQLAMA: Azərbaycan və Türkiyə ilə...
Bizi izləyin

Nida.az

Ermənistan prezidentliyinə namizəddən GÖZLƏNİLMƏZ AÇIQLAMA: Azərbaycan və Türkiyə ilə...

Ermənistan Azərbaycan və Türkiyə ilə sülh içində yaşamalıdır.

Publika.az xəbərinə görə, bu barədə “Vətəndaş Müqaviləsi” partiyasından Ermənistan prezidentliyinə namizəd Vaaqn Xaçatryan İctimai Televiziyanın efirində söyləyib.

Xaçatryan qonşularla müharibə, mübahisə etməyi təsəvvür etmədiyini əlavə edib: "Hesab edirəm ki, qonşularla yalnız sülh şəraitində yaşamaq lazımdır".

Ermənistan vətəndaşlarının sülhün həyat və inkişaf üçün yeganə variant olduğunu deyən Xaçatryan Türkyə-Ermənistan münasibətlərinin normallaşmasına pozitiv baxdığını bildirib: “Prosesi davam etdirmək lazımdır. Bu nəticədə iqtisadi və siyasi münasibətlərin yaranmasına gətirib çıxaracaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm