Azərbaycanla İran arasında yeni sazişlər imzalanacaq
Bizi izləyin

Nida.az

Azərbaycanla İran arasında yeni sazişlər imzalanacaq

Azərbaycan və İranın müxtəlif qurumları arasında anlaşma və sazişlər imzalanacaq.

Bunu İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi Azərbaycana səfər etməzdən öncə verdiyi açıqlamada deyib.

R.Qaseminin sözlərinə görə, bununla əlaqədar iki ölkə arasında Hökumətlərarası Birgə İqtisadi Komissiyasının 15-ci iclasında qərar veriləcək.

İranlı nazir bildirib ki, Azərbaycan vətəndaşlarının İran ərazisindən keçməklə Naxçıvana və əks istiqamətdə səfəri üzrə anlaşma sənədi imzalanacaq.

“Komissiyanın iclasında enerji, sənaye sektorunda anlaşmalar əldə olunacaq. Kənd təsərrüfatı üzrə əməkdaşlıq, iki ölkə arasında məhsul mübadiləsi də müzakirə olunacaq. Həmçinin Azərbaycanda İranın "Irankhodro" avtomobilqayırma şirkətinin fəaliyyətinin artırılması nəzərdə tutulub”, - deyə o qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm