Nida.az
Qərbin separatçılığa ikili yanaşması təəccüblü deyil – Rəy
“Qərbin ikili standartlarla çıxış etməsi yeni məsələ deyil. Biz 30 illik erməni işğalı dövründə demək olar ki, hər gün bunun şahidi olduq. Özlərinin qəbul etdiyi qətnamələrə – mən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini nəzərdə tuturam – Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə riayət etmədikləri faktdır. Belə olan halda Qərbin ikili standartları, qərəzli, qeyri-obyektiv yanaşmaları artıq heç kim üçün sirr deyil”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin0 deputatı Nəsib Məhəməliyev Qərb dairələrinin separatçılığa dəstək və bəzi hallarda ona qarşı mübarizə mövqelərindəki ikili yanaşmalardan danışarkən deyib. Millət vəkili bildirib ki, beynəlxalq hüququn norma və prinsiplərinin məhz həmin norma və prinsipləri yaradan ölkələr tərəfindən tapdalanması, “iqnor” olunması ikiqat məsuliyyət yaradır:
“Bu faktdır ki, həmin norma və prinsipləri əsasən Qərbin inkişaf etmiş ölkələri yaradıblar. Ancaq onlar özlərinin yaratdıqlarına nə riayət, nə də hörmət edirlər. Bu, ikili standart və qərəzli yanaşmadır. Bütün bunlar onların əsl mahiyyət və niyyətlərini ortaya qoymuş olur. Biz Yaxın Şərq ölkələrində, Afrikada, Asiya dövlətlərində Qərbin ikili standartlarının, hadisələrə fərqli baxışlarının, ələkxüsus İslam və Türk dünyasına qarşı siyasətlərində bunu aşkar şəkildə görürük. Son illər aparıcı Qərb dövlətlərinin siyasətinə fikir verdikdə daha təhlükəli tendensiyanın şahidi oluruq. Bu, ayrı-ayrı ölkələrdə silahlı terrorçu qrupların yaradılması, onların döyüş silahları ilə təchiz olunması, həmin qrupları təmsil olunduqları ölkələrin siyasi rəhbərliklərinə qarşı qaldırması bilavasitə həmin Qərb dövlətlərinin öz milli maraqlarını təmin etməsindən irəli gəlir”.
Deputatın fikrincə, indiki halda Qərb dünyasının mahiyyəti ondan ibarətdir ki, daha çox təbii resurslara sahib olsunlar:
“Öz dövlətlərinin rifahını daha çox yaxşılaşdırsınlar. Onlar bunu inkişaf etməmiş, müəyyən mənada inkişafdan geri qalmış xalqların hesabına germəkləşdirirlər. Burada irqçilik, dini ayrıseçkilik məsələləri özünü qabarıq şəkildə göstərir. Bundan isə Qərb millətçiliyi meydana çıxır. Bütün bunlar ədalətli qərarların çıxarılmasına mane olur. Digər tərəfdən, nəzərə almalıyıq ki, bir çox Qərb siyasətçiləri öz şəxsi maraqlarını güdürlər. Həmin siyasətçilər bir növ ayrı-ayrı lobbi təşkilatları tərəfindən maliyyələşdirilirlər. Bəzi hallarda öz dövlətlərinin əleyhinə belə siyasət aparırlar. Hətta xəyanət yolu tuturlar, satqınlıq edirlər. Öz dövlətlərinin maraqlarının əleyhinə siyasət aparan, ümumbəşəri dəyərləri tapdalayan həmin satqın siyasətçilər daha təhlükəlidirlər. Bizim yerləşdiyimiz Cənubi Qafqaz bölgəsində Qərb dairələri tərəfindən erməni faşizminin hansı formada dəstəkləndiyinin şahidi oluruq. Heç kimə sirr deyil ki, Hitlerin yaxın silahdaşı, faşist erməni generalı Qaregin Njdeyə İrəvanın mərkəzində böyük abidə ucaldıldı. Amma Qərb dövlətlərinin heç biri buna öz etiraz səslərini ucaltmadılar. Avropada separatçılığı qəti şəkildə qəbul etməyən, öz ölkələrində separatçılığa qarşı mübarizə aparan dövlətlər Cənubi Qafqazda separatçılığa dəstək verirlər. Qərbin separatçılığa ikili yanaşması təəccüblü deyil və heç kimə təəccüblü görünməməlidir. Bu, dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq”.
-
Avropa12:38
Ukrayna müharibəsi cəmisi 15 günə başa çatacaq: Borelldən sensasion açıqlama
-
Nida Xəbər 11:36
General Bərxudarov vəzifədən azad olunmasına belə reaksiya verdi: "Bu söhbətin başını buraxın"
-
İqtisadi gündəm11:00
Neft həftəyə bu qiymətlə başladı
-
Sosial10:30
Yeni qanun: Müəllimləri təhqir edənlər 12 min manata qədər cərimələnəcək
-
Kriminal10:06
Bu gözəl dünya çempionunu depressiyadan xilas edərək futbola necə qaytarıb? - FOTOLAR
-
MDB09:54
Putinin ad günü tarixə düşdü: Moskvada göydən yerə...
-
MDB09:24
Ukrayna PUA-ları hücum etdi: Krımda neft anbarı belə partladıldı - VİDEO
-
Sosial08:48
Biri Bakıdakı, digəri Cəbrayıldakı evinə qayıtdı - VİDEO